Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakı-Şamaxı yolunda sürüşmənin sahəsi artdı

Yenixeber.org:Avqust ayı ərzində Bakı-Şamaxı avtomobil yolunda sürüşmənin parametrlərində ciddi artım müşahidə edilib, Bakı-Ağsu magistral yolunda isə lokal sürüşmə sahələri qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Trend-ə deyib ki, avqustda Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə sahəsi qeydə alınıb. Nəticədə burada sürüşmənin parametrlərində ciddi artım baş verib.

Bundan başqa, Bakı-Ağsu magistral yolunun 132-156-cı km-də sürüşmə prosesi aktivləşib və nəticədə uçqun-töküntü hadisələri qeydə alınıb. Ərazidə bir neçə yerdə yol boyu lokal sürüşmə sahələri yaranıb.

Ə.Qaralov qeyd edib ki, Quba-Qonaqkənd avtomobil yolunun 37-46-cı km-də və Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-də sürüşmə sahələrində nisbi aktivlik, Şamaxı rayonunda Çuxuryurd-Qızmeydan yolunda, İsmayıllı rayonunun Basqal-Sulut avtomobil yolunun 10-cu km-dəki sürüşmə sahəsində aktivləşmə qeydə alınıb.

Cəlilabad rayonunun Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud olan sürüşmə sahəsinin paramentrlərində və prosesin dinamikasında, Lənkəran-Lerik yolunun 17-19-cu km-liyinin sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən sürüşmə prosesinin dinamikasında aktivlik qeydə alınıb. Avqustda Lerik rayonunda Lənkəran-Lerik yolunun 27-29-cu km-liyinin sürüşmə sahəsində nisbi aktivlik, Lerik- Qoşmalyan-Kəlvəz avtomobil yolunun 10-cu km-liyində uçqun hadisəsinin dinamikasında, Astara rayonunun Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-liyində - mövcud sürüşmə və uçqun sahələrində isə nisbi aktivlik qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam