Redaktor seçimi
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

Büdcə vəsaitini kimlər və necə talan edir: İcra Hakimiyyəti, yoxsa Mənzil Kommunal Təsərrüfatı Birliyi?

           

  

  İcra Hakimiyyəti məsuliyyəti Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin üzərinə atır

 

Xeberinfo.com: Hesablama Palatasının Səbail Rayon Icra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərdən istifadə zamanı qanun pozauntularına yol verilməsi haqqında hesabatı bir çox gizlinləri üzə çıxardı. Amma, hələ də cavabını gözləyən suallar da var. Məsələ ondan ibarətdir ki, paytaxt rayonlarının icra hakimiyyətləri “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin mənimsənilməsində özlərini günahkar görmür və qeyri-rəsmi söhbətlərdə bu problemin kökünü Bakı Şəhər İcra Hakimiyyətində, daha dəqiqi isə Bakı Şəhər Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində axtarmaq lazım gəldiyinə işarə edirlər.

Biz bu məlumatlarla bağlı ötənlərdə iki yazı da dərc etmişik: Hesablama Palatası icra başçısını ifşa etdi: MƏNİMSƏMƏ” və “İcra başçısının “obnaliçka” əməliyyatları: ARAŞDIRMAsərlövhəli yazılarımızda dövlət vəsaitinin kimlər tərəfindən və necə mənimsənilməsinə aydınlıq gətirməyə çalışmışıq. Təəssüf ki, müəyyən subyektiv səbəblərdən hələ də bəzi suallar cavabsız qalmaqdadır.

 

Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Səbail rayonuna rəhbərlik etdiyi altı ilin ikisində-2014 və 2015-ci illərdə-“Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərlə bağlı yazılarımıza mövqe bildirməsə də, onun tabeliyində işləyənlərdən biri bizə suallarımızı Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ünvanlamağı tövsiyə etdi. Adının çəkilməsini istəməyən həmən şəxsin sözlərinə görə, “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlər yerli icra hakimiyyətlərinə gəlib çatmır və paytaxtın Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbər şəxslərinin kabinetlərində “itib-batır”. Buna sübut kimi “İcra başçısının “obnaliçka” əməliyyatları” başlıqlı araşdırmada yer alan bir məqama diqqət çəkdi. Mənbə bildirir ki, 2014-cü ildə Səbail Rayon Icra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərdən təxminən 350 000 manatın Mehman Quliyev adlı şəxsin rəhbərlik etdiyi “Dizayn Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) köçürülməsi məsələsinə diqqət etmək lazımdır. Belə ki, eyni təyinatlı və eyni məbləğli əməliyyatlar  əksər Mənzil Kommunal Təsərrüfatı Birlikləri ilə aparılıb. Və burada əsas sifarişçi rolunda da Mənzil Kommunal Təsərrüfat Birlikləri çıxış edir.

                                               

                                            ***

 

Büdcə vəsaitinin  Mənzil Kommunal Təsərrüfatı Birlikləri tərəfindən talan edildiyini göstərən başqa bir məlumat isə bu təşkilatların guya Bakı şəhərində yerləşən körpələr evi, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evlərinin, eləcə də onlara məxsus ərazilərdə zəruri abadlıq-təmizlik, yenidənqurma və təmir işləri üçün ayrılan bir milyon manatla bağlı məqamdır. Xeberinfo.com-a verilən məlumata görə şəhərin ucqarları bir yana, mərkəzdəki uşaq bağçaları, körpələr evi və bu kimi digər obyektlərin əksəryyəti on illərdir ki, təmir olunmayıb. Ancaq dəqiq yoxlanılsa həmən uşaq bağçalarının və körpələr evinin təmirinə çox böyük pullar silindiyi məlum olar. Mənbənin bizə verdiyi məlumat üzərinə “Gənclik” deyilən ərazidəki uşaq bağçalarının birinə baxdıq. Gördüklərimiz bizi şoka saldı. Bu uşaq bağçasının hasarı uzun illərdir ki, uçub-dağılıb. İndi həmən hasarları zibil atılmaq üçün qoyulan yeşiklər əvəz edir. Zibil yeşikləri isə yiyəsiz itləri bura cəlb edir. Dağılmış hasar yerindən içəri keçən itlərin bir gün körpələri şikəst edəcəyi qorxusu da var. Ancaq bütün bunlar Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliklərinin ərazilərdə zəruri abadlıq-təmizlik, yenidənqurma və təmir işləri üçün bir milyon manatı talan etməyə mane olmur.

                                                                   ***

Eyni vəziyyət Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birlyinin xidmət dairəsində olan mənzil fondunun əsaslı təmiri və yenidən qurulması işlərinə ayrılan çox böyük miqdarda büdcə vəsaitləri ilə də bağlıdır. Mənbə iddia edir ki, bu ad altında milyonlarla manat faktiki olaraq mənimsənilir. Bununla bağlı daha geniş araşdırma aparacaq,  mənzil fondunun əsaslı təmiri və yenidən qurulması, eləcə də məhəllədaxili yolların təmiri adı altında büdcədən ayrılan milyonlarla manat büdcə vəsaitinin taleyinə aydınlıq gətirməyə çalışacağıq.

Yazıda adları hallanan tərəfləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz qalmaqdadır.

 

Aydın

 

 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?