Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra Hakimiyyətinin maşını qəza törətdi - Sürücü yanaraq öldü

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Xeberinfo.com:   Hadisə rayonun Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Zaur Əsgərovun idarə etdiyi “Kommunal Xidmətlər Müəsisəsi” MMC-yə məxsus “MAN” markalı məişət tullantıları daşıyan maşınla markası məlum olmayan avtomobil toqquşub.

Hadisə nəticəsində markası məlum olmayan avtomobil yanıb. Avtomobilin sürücüsü olan 25-30 yaşlı şəxs ölüb. Avtomobil yararsız hala düşdüyü üçün markasını müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinəyət işi başlanılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısının 13 avqust 2012-ci il tarixli 357 saylı sərəncamı ilə BŞİH-in tabeliyində təsis edilmiş “Kommunal Xidmətlər Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti struktur vahidi kimi Bakı Şəhər Mənzil – Kommunal Təsərrüfatı Departamentinin tabeliyinə verilib və Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti sədrinin 13/3 saylı 26 fevral 2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq bütün bərk məişət tullantılarının mərkəzləşdirilmiş qaydada yığılması, daşınması və zərərsizləşdirilməsi üçün müvafiq müəssisəyə təhvil verilməsi, bu xidmətlərlə bağlı fiziki və hüquqi şəxslərlə müqavilələrin bağlanması və sanitariya-təmizlik tədbirləri çərçivəsində digər işlərin görülməsi “Kommunal Xidmətlər Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub. (Report.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam