Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Orta Asiyada hakimiyyətin ötürülməsi problemi:əsas ölkələrin prezidentlərinin varisləri yoxdur – Müsahibə

 

Yevgeniya Kim

regnum.ru, 28.09.2017

 

Yenixeber.org: “Hakimiyyətin ötürülməsi planında ən gözlənilməz və buna görə də təhlükəli ölkə Qırğızıstan olaraq qalır” – tarix elmləri namizədi, Sankt-Peterburq dövlət universitetinin postsovet məkanında beynəlxalq münasibətlər kafedrasının dosenti Ruslan Şamqunovun regnum.ru-ya şərqdə hakimiyyət tranizitinin özəllikləri haqda müsahibəsini oxuculara təqdim edirik.

 

-Orta Asiyada hakimiyyət təhvilinin özəllikləri nədədir?

-Özəlliklər çoxdur, əsası – hakimiyyəti liderin ömrünün sonunadək deyil, nəslinin sonuna qədər saxlamaqdır. Nəsil isə min il yaşaya bilər. Buna görə də prezident və işinin davamçısı kimi ailəsi siyasi elitaları qane edərkən ölkə üçün ən yaxşı və təhlükəsiz variantdır. Lakin Şərqdə hakimiyyəti qızlara vermək hələlik qəbul edilməyib. Bölgənin iki ən güclü dövləti – Qazaxıstan və Özbəkistanın indiki prezidentlərinin isə birbaşa varisləri yoxdur. (İslam Kərimovun birinci nigahdan oğlu var. Bəzi məlumatlara görə, Rusiyada yaşayır və atasının ailəsi ilə əlaqə saxlamır-Regnum İA). Nursultan Nazarbayev və mərhum İslam Kərimovun qalmaqallı ad-san çıxarmağı bacarmış qızları var. Aliya Nazarbayeva Qırğızıstanın birinci prezidenti Əskər Akayevin oğlunda ərdəydi. Gülnarə Kərimova isə Özbəkistan başçısının ölümünə bir az qalmış gözdən düşüb. Və deyəsən, durumu tez bir zamanda dəyişilməcək.

Gülnarə Kərimova

Amma axı başqa qızları da var?

-Var. Dariqa Nazarbayeva və Lola Kərimova. Lakin qızlarla bağlı təhlükə həmişə qalır – hər qızın yanında günün birində hakimiyyətə can atmağa başlayacaq əri var. Ərlərin arxasında başqa qəbilələr durur. Bu, demək olar, həmişə yeni oyun və kombinasiyaların meydana çıxdığını bildirir. Bu cür variant hakim elitalara lazım deyil – riks etmək və naməlumluğa dolaşmaqdan qorxurlar, çünki indiki durumu itirə bilərlər.

-Niyə ərlərin iddialarını məhdudlaşdırmaq olmaz ki, nüfuzlu şəxslər kimi qalsınlar, amma eyni zamanda əsas qərarları onların arvadları qəbul etsinlər?

-Şərqdə ənənələr təsirlidir. O bildirir ki, ailə və dövlətin başında kişi durmalıdır. Xüsusən də mənfi təcrübənin artıq olduğuna görə. Dariqa Nazarbayevanın əri, demək olar, çevriliş təşkil etmişdi (Qazaxıstanın keçmiş səfiri Rahat Əliyev siyasi sığınacaq xahiş etdiyi Avstriyaya qaçıb, həbs olunub. 2015-ci ildə təkadamlıq kamerada asılı tapılıb-Regnum İA). Qazaxıstan prezidenti bu hadisədən sonra, sadəcə, elitanı onun qızlarını gerçək güc kimi qəbul etməyə vadar edə bilməyib.

Özbəkistanda hakimiyyət tranziti baş tutub. Şavkat Mirziyoyev yeganə variant idi, yoxsa onun qızı (mətndə bu cürdür-tərc.) Gülnarə hələ beş il qabaq alternativ kimi nəzərdən keçirilirdi?

-İlk dəfə eşitmişəm ki, 2006-cı ildə Kərimova varis tapıblar. Belə ki, qızlar haqda ümumiyyətlə söhbət olmayıb. Özbəkistanda aydın idi ki, birinci prezident rəddedilməz nüfuza malikdir və axıra qədər hakimiyyətdə olacaq. O yan, bu yana hansısa kəndirbazlıq yox idi və bəzi KİV-lər nə deyir-desin, hər şey sakit keçib.

-Qazaxıstanda nə zamansa baş verəcək hakimiyyət tranziti nə ilə fərqlənəcək?

-Astanada hər şey daha qəlizdir. Aydındır ki, hakimiyyət keçidi baş tutmalıdır. Başqa məsələdir ki, Nazarbayev son seçkilərdə “ömürlük prezident” olarkən ona aydın şəkildə eyham vurublar ki, “qızların hakimiyyətdə olmayacaqlar”.

Bununla belə, sizə elə gəlmir ki, Dariqa Nazarbayeva çox güclü karyera yaradır?

-Bəs çox güclü prezidentin qızı niyə də çox güclü karyera yaratmasın.  Onu lap çoxdan irəli veriblər: siyasi və media məkanını ona uyğunlaşdırıblar. Xalqa eyham vurublar ki, prezidentin yaxşı varisi ərsəyə gəlib. O olduqca ağıllıdır və bacılarının fonunda yaxşı yöndə seçilir. Amma məsələ bunda deyil. Onu əzəldən ona görə irəli veriblər ki, hakimiyyət təhvilini ailə dairəsində həyata keçirməyə ümid edirdilər. Burada variant çox deyildi. Təəssüf ki, oğulları yoxdur. Yalnız arvad tərəfdən qardaşı uşaqları var. Amma bu qızın ərinin qohumları ilə hadisədəki kmi potensial problemlərdir. “Dolayı varisliyin” istənilən variantı hakimiyyətin yenidən bölüşdürülməsi ilə təhdid edir.

Dariqa Nazarbayeva

Birbaşa qohumlardan nəvələr var. Amma qorxuram ki, onları gərəkli  şəkildə hazırlamağa macal tapmasınlar. Çox cavandırlar. Buna görə də Dariqanı həm də əsas variant qismində nəzərdən keçirirdilər. O hətta 2005-ci il prezident seçkilərində “birnömrəli namizəd” idi. Amma heç kim onun qələbəsinə zəmanət vermədi.

-Görünür, həmin seçkilərdə baş namizəd prezident idi.

-Nursultan Nazarbayev axıra kimi öz namizədliyini irəli sürmədi. O zaman müxalifətin planlaşdırılmamış uğurundan əlavə zəmanət kimi parlamentin elita təmsilçiləri arasında çox hörməti və prezidentin ən yaxın çevrəsinə daxil olan spikeri namizəd oldu.

-Dariqa Nazarbayevanın namizədliyini irəli sürmək nəyə lazım idi?

-Vəzifədə qalmaq üçün Nursultan Nazarbayevin bütün fəndləri bitmişdi. Əvvəlcə sadəcə prezidentin səlahiyyət müddətini uzatdılar. Sonra yadlarına düşdü ki, müstəqil Qazaxıstanın Konstituisiyasına əsasən, dövlət başçısı seçkilərə təkrar qatılmaq hüququna malik deyil. Ölkə demokratik dəyərlərə sadiqliyini sərgiləyirsə, onda formal da olsa, bəzi qaydalara əməl etməlidir. Seçkilər təyin edildi. Nazarbayev son anda seçkilərə qatılmağı kəsdirdi və gözlənilərcəsinə qalib gəldi. Onun nüfuzu və qərarları qazaxıstanlılar üçün rəddedilməz idi və belə də qalır. Bundan sonra seçki-seçki oynamamağı qət etdilər və ona ömürlük prezidentlik veriblər. Demokratiya haqda nağıl bitdi, varis axtarışları başlandı.

-Və nəticə necədir? Prezident və elitalar seçimi müəyyən ediblər?

-Varisin xeyli illər əvvəl seçildiyi Daşkənddən fərqli olaraq Astana hələlik yekun qərar almayıb. Varis bir deyil, çoxdur. Qarşıdakı dəyişikliklərin bəzi əlamətləri KİV-lər ola bilər. Media mənzərəsinə diqqət yetirin. Mətbuatda hazırda kimi fəal şəkildə tərifləyirlər. Dariqa Nazarbayevanı. Ola bilsin, hələ millət liderinin – atasının sağlığında onu prezident postuna irəli sürmək üçün ictimai rəyi hazırlayırlar. Lakin seçkilərdə Dariqa Nazarbayevanı ümumxalq səsverməsi yoluyla seçsələr, təəccüblənərəm. İndi gördüklərim Şərqdə qəbul edilmiş bəzi qaydalara ziddir.

-Bölgənin başqa ölkələrində məsələlər nə yerdədir?

-Orada hər şey xeyli gözləniləndir. Tacikistanda hakimiyyətin atadan oğula ötürülməsini hazırlayırlar. İndiki prezident Emoməli Rahmon varis Rüstəm Emoməlini yetişdirir.

Türkmənistanda hakimiyyətin miras üzrə ötürülməsi, çətin ki, mümkün olsun. Lakin orada seçkilər ciddi sarsıntılarsız və ölkə üçün nəticələrsiz keçəcək. Hakimiyyətin ötürülməsi planında ən gözlənilməz və buna görə də təhlükəli ölkə Qırğızıstan olaraq qalır. Niyəsini izah edim: ölkədə hakimiyyətin atadan oğula ötürülməsi mexanizmini tətbiq etməyə səy göstəriblər. Birinci prezident Əskər Akayev istefa verməyə hazırlaşanda yerini oğlu Aydar tutmalıydı. Gənc Akayev Qırğızıstan elitası üçün ideal namizəd idi – cavan və sarsaq. Deməli, ölkəni müşavirlərsiz yönəldə bilməyəcəkdi. Bu cür durum hamını qane edirdi.

Əskər Akayev və Corc Buş

 

Aydar Akayev qəbilələrin dəstəyi olmadan heç kim idi. Ancaq elitalar uzlaşma arayarkən xatırladılar ki, prezident postuna bütün namizədlərdən ən melodik soyadı bu adamındır. Lakin, təəssüf ki, calaşma alınmadı – məlum oldu ki, 35 yaşı keçmiş adam prezident ola bilər. Bir də Qırğızıstanda hakimiyyətin əvəzlənməsi Akayevlərin Bişkekə qayıdacağı haqda müəyyən şübhələr doğurdu. Hakimiyyətin Aydar Akayevə ötürülməsi hələ 2000-ci illərin əvvəlində nəzərdən keçirilib. Elə bu vaxt Astanada hakimiyyətin təhvili hazırlanırdı. Türkmənistanda Saparmurad Niyazovun gerçək oğlu olduğu halda eyham vurdular – varisin səndən sonra ölkəni irsən almayacaq.

-Niyə?

-Oğlun nüfuzu çox zəif idi, bunun qazanmağı bacarmamışdı. İki şeydə Niyazova razılıq vermədilər – sultanlıq və varis oğlul. Onun əhvalatında soyadı önəmli rol oynamayıb. Qırğızıstanın ikinci prezidenti Kurmanbek Bakiyev də ikinci nigahdan oğullarını özünə varis hazırlayırdı.

-Onun bunu etməyi niyə alınmadı?

-Bakiyevin başı oyuna qızışdı və hamıyla dalaşdı. İmkanlarını və hakimiyyətinin gücünü açıqca yüksək qiymətləndirməklə həm Moskva, həm də Vaşinqtonla körpüləri yandırdı.

Kurmanbek Bakiyev

 

-Qırğızıstanda indiki durum təsvir etdiyiniz Şərq sxeminə sığışırmı?

-Prinsipcə Qırğızıstan məqbul norma və qanunlardan çıxır. İndi durum bu cür görünür: artıq indiki prezident Almazbek Atambayev dövlət başçısı ola bilməz. Hakimiyyəti varisliklə ötürməyə heç kim yol verməz. Adam o səviyyədə deyil, prezidentin nüfuzu o deyil və ölkə hakimiyyət dəyişikliyinə qədərki ölkə deyil. Çünki təkcə ən yaxın çevrə deyil, vətəndaşların əksəriyyətinin prezidentin necə yaxşı, ağıllı olduğu və “öz xalqı”nın qayğısına qaldığı və cari problemləri uğurla həll etdiyini gördüyü ölkədə hakimiyyəti ötürmək başqa məsələdir. O zaman şad olardılar ki, bu adam daim idarə eləsin. Amma bunu Konstitusiya üzrə etmək olmazsa, elitalar cavan, sarsaq, bir müddətə qədər şirma kimi qalan, lakin onun əvəzinə atanın idarə etdiyi oğula razılaşırlar. Uşaq yanında böyüyür, valideynə baxaraq təcrübə toplayır və sonra gerçək siyasi fiqur ola bilir. Bu, birinci prezidentin vaxtında Qırğızıstan variantı idi. Atambayevin belə bir oğlu yoxdur, amma siyasətdən də getmək istəmir. Ehtimal ki, baş nazir olmaq istərdi. Ya da hakimiyyətin əsas iplərini əldən buraxmadan kölgəyə çəkilərdi.

Siyasətdə iki “mafiya qanunu” var. Birincisi bildirir ki, “donu qətlə yetirən don ola bilməz”. Yəni əgər prezidenti deviribsənsə, onun yerini tuta bilməzsən. Yönəltmək istəyirsənsə, kimisə bir başqasını seç və ölkəni onun adından yönəlt.

Və ikinci qanun – “səni hakimiyyətə gətiriblərsə, birinci növbədə səni hakimiyyətə gətirənlərdən canını qurtar”. Axı səni hakimiyyətə gətiriblərsə, onda “qoyub gedə” də bilərlər. Bu, həmişə işləkdir.

-Qırğızıstanın indiki prezidenti baş nazir ola bilərmi?

-Məsələ nəyi bacardığında deyil, nəyi bacarmadığındadır. Məsələ burasındadır ki, indiki prezidenti baş nazir kimi görmək istəyərlərmi? Bu, elitaların prezident seçkilərindən sonra anlaşma qabailiyyətini nə dərəcədə saxlayacağından asılıdır (Seçkilər 2017-ci il oktyabrın 15-ə təyin edilib-Regnum İA).

Seçkilər həmişəki kimi keçəcək – uduzanlar hiddətlənəcəklər ki, onların  səsini oğurlayıblar. Artıq bəzi namizədlər buna zəmin hazırlayırlar. Başlıcası budur ki, durum nəzarətdən çıxmasın. Hazırda bu ehtimal azdır, amma seçkilərə iki həftədən bir az çox qalıb. Həlledici döyüşdən qabaq ortaya atılan  pullar isə çoxalmaqdadır.

Tərcümə: (Strateq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam