Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“Bilirsiniz kartof-soğan neçəyədir? Budur insanlıq?!” – Niyam Salami “od püskürdü”

“Bilirsiniz kartof-soğan neçəyədir? Budur insanlıq?!” – Niyam Salami “od püskürdü”

Müğənni Niyam Salami koronavirusdan istifadə edərək marketlərdə qiymətləri artıranlara sərt etiraz edib.

Yenixeber.org: Sosial şəbəkə vasitəsilə insanlara səslənən ifaçı apteklərdə maska tapmadığını, qiymətlərin bahalaşdığını bildirib: "Bədbəxtlik baş verib. Bir azdan yaşadığınız kənddən kənara çıxa bilməyəcəksiniz. Hamınız evə girin, hamınız evdə qalın. Baxın, maska da tapa bilmirik. Başqa vaxt deyirlər ki, müğənnilər elə, müğənnilər belə. Mən də müğənniyəm, amma maska tapa bilmirəm. 6 aptekə girmişəm, maska tapa bilmədim. Ölməmək üçün yox, həyətdə ağac, gül filan əkirəm ona görə. Marketə girmisiniz? Marketlərdən xəbəriniz var?! Budur müsəlmanlıq?" 

N.Salami Koronavirusla Mübarizəyə Dəstək Fonduna 6-7 min manat pul göndərənlərə də iradını bildirib: "Fonda pul göndərirsiniz, 6-7-10 min manat, lazım deyil pul göndərmək, dövlətin fondunda pul da var, hər şey var. Yeri gələndə, biz başqa dövlətlərə yardım göndəririk, özünüz görürsünüz. Bizim kimi xırda insanların fonda 3-5 min pul göndərməyi lazım deyil, pulunuz varsa, gedin öz qohum-əqrəbanıza kömək edin, xərcləyin, gördünüz yenə artıq qalır, dostlarınıza xərcləyin, yenə artıq qalsa, kasıb-kusuba əl tutun. Bax budur, insaniyyət. Marketlərdə bilirsiniz kartof-soğan neçəyədir? Gedin bir baxın! Budur insanlıq?!" 

Həmin görüntüləri təqdim edirik:



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam