Bakı metrosunda sərnişinlərə tibbi maska satan şəxs saxlanılıb.

Yenixeber.org: “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə ilə bağlı Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində qeydiyyatda olan Mahir Kamalov məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə metro stansiyasında sərnişinlərə 1 ədədi 2 manata maska satılması ilə bağlı məlumat yayılmışdı.