Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İran ABŞ-a yardım təklif etdi-RƏSMİ

 İranın İnqilab Keşikçiləri Korpusunun baş komandanı Hüseyn Salami koronavirusla mübarizə üçün ABŞ-a müraciət edərək yardıma hazır olduqlarını bildirib.

Yenixeber.org: İranın İRNA rəsmi informasiya agentliyinin məlumatına görə, paytaxt Tehran şəhərində jurnalistlərə açıqlama verən İnqilab Keşikçiləri baş komandanı general Hüseyn Salami ABŞ-ın koronavirus epidemiyası ilə mübarizə üçün İrana yardım təklifinə cavab verib.

Salami koronavirus epidemiyası ilə mübarizə üçün ABŞ-ın yardımına ehtiyac duymadıqlarını, lakin Vaşinqtonun tələb edəcəyi təqdirdə, onlara yardım eləməyə hazır olduqlarını söyləyib.  

Salami təklifin aldadıcı olduğunu söyləyərək deyib: “ABŞ prezidenti (D.Tramp) İran ölkəsini terrorçu adlandırıb. Ölkəmizi təzyiq altında saxlayaraq, beynəlxalq sanksiyalar tətbiq edilib”.

Salami ABŞ-dakı epidemiyanın miqyasına işarə vuraraq deyib: “Öz adımdan ABŞ xalqının ehtiyac duyacağı təqdirdə yardıma hazır olduğumuzu, lakin onların yardımına ehtiyacımız olmadığını söyləyirəm”.

ABŞ xarici işlər naziri Mayk Pompoe 28 fevral tarixində epidemiya ilə mübarizə aparan İrana yardım təklif eləmişdi.

İran prezidenti Həsən Ruhani də Nazirlər Kabinetinin 4 mart tarixində keçirilən iclasında demişdi: “Onlar (ABŞ) mərhəmət maskası taxaraq, “İran xalqına yardım edək” deyirlər. Əgər səmimisinizsə, ən azından dərman sanksiyalarını ləğv edin”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam