Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məşhur boksçu 5 dəqiqə taxdığı maska üçün rekord məbləğ ödədi - Foto

Məşhur boksçu 5 dəqiqə taxdığı maska üçün rekord məbləğ ödədi - Foto

Amerika Birləşmiş Ştatlarından olan məşhur boksçu Deontey Uaylder maraqlı hadisə ilə gündəmə gəlib.

Yenixeber.org: 34 yaşlı idmançının kubalı rəqibi Luiz Ortiz ilə keçirilən matça taxdığı maska müzakirələrə çevrilib.

Belə ki, qarşılaşma öncəsi rinqə gələrkən 5 dəqiqə boyunca üzünə taxdığı maskanı bir daha istifadə etməyəcəyini bildirib. Lakin 7 raund davam edən və rəqibini nokaut edərək ünvanını qoruyan Uaylderin maskasının qiyməti hər kəsi təəccübləndirib. Onun üzərində qızıl və gümüş tacları olan maskaya 15 min avro (28 min AZN) ödədiyi öyrənilib. 

Matçın ardından taxdığı maska ilə bağlı açıqlama verən Uaylder "Bu maska ilə müasir bir kral və ya döyüşçünü təmsil etmək istədik. İndi və keçmişin birləşməsi oldu. Maska keçmiş Uaylderin yeni Uaylderə dönməsini təmsil edir. Keçmiş keçmişdə qaldı. Salam gələcək...Növbəti matçda geyinəcəyim kostyumum da hazır...Bunu deyə bilərəm ki, bundan çox daha gözəl olacaq" deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam