Xəbər verdiyimiz kimi, 25 yaşlı müğənni Demi Lovato Los-Ancelesdə xəstəxanaya yerləşdirilib.

Yenixeber.org: Xarici KİV-lər məlumat verir ki, ifaçı baş verənlərdən sonra ilk dəfə açıqlama verib. O, İnstaqram hesabında bu sözləri yazıb:

“Öyrəndiyim tək şey bu xəstəliyin zamanla yox olmamasıdır. Mübarizə aparmağa məcburam və hələ tam olaraq sağlamlığıma qovuşmamışam”.

Qeyd edək ki, Lovato narkotik maddə qəbul etdikdən sonra Hollivuddakı evində huşsuz vəziyyətdə tapılmışdı.(axşam)