Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mehriban Xanlarova Rəşad Dağlını məhkəməyə verəcək

 


Əməkdar artist Mehriban Xanlarova müğənni Kərim Abbasovla aralarındakı məhkəmə prosesinin aqibətindən bəhs edib

 

"Xeberinfo.com":   Məlumata görə, bu haqda Axşam.az-a açıqlama verən aktrisa meyxanaçı Rəşad Dağlını da məhkəməyə verəcəyini bildirib:
“Kərimlə olan məhkəmə işinin sonuna kimi gedəcəm. Ya üzr istəyəcək, ya da haqqımı tələb edəcəm. Növbəti proses ayın 6-da olacaq. Bu işdən əl çəkən deyiləm. Rəşad Dağlı da haqqımda xoşagəlməz söz deyib. Bir toy məclisində lazımsız sözlər işlədib, videosu sosial şəbəkədə yayılıb. Əgər çıxıb üzr istəməsə, onu da məhkəməyə verəcəm”.
 
Yay istirahətindən danışan M.Xanlarova yol üstə olduğunu, Gürcüstana getdiyini bildirib:
“Ola bilsin ki, oradan da Türkiyəyə keçim. Səfərimin məqsədi işdir. Dincəlmək üçün öz vətənimdən gözəli yoxdur. Qurban olum Azərbaycanıma. Yardımlıya getdim, ordan qızımın yanına Cəlilabada yollandım. O qədər sevgi gördüm ki... Qubada, Qusarda, Nabranda oldum. Kaş ki, maaşımız yüksək olardı, öz bölgələrimizi gəzərdik”.
Qeyd edək ki, aktrisa ilə müğənni arasındakı qalmaqal “Maşın” şouda başlamışdı. K.Abbasov sosial şəbəkədə M.Xanlarovanın ünvanına təhqirlər yazmışdı.
Müğənni daha sonra "İnstaqram səhifəni mən yox, köməkçim idarə edir. O sözləri köməkçim yazıb", - deyə, açıqlama vermişdi.
Daha sonra K.Abbasov aktrisanı onu efirlərin birində şantaj etməkdə günahlandırıb. Sənətçi də M.Xanlarovanı məhkəməyə verib:
“Çıxıb dedi ki, "Milyonların qarşısında məndən üzr istəyəcəksən. Əks halda, şəxsi həyatından elə şey danışacağam ki, başını götürüb bu respublikadan qaçacaqsan”. Bu, şərəf və ləyaqəti alçaltmaq deməkdir. Bir insanın şəxsi həyatını gündəmə gətirməyə kiminsə haqqı yoxdur. Mən də onu Yasamal Rayon Məhkəməsinə verdim. Ləyaqət və şərəfimi alçaltmaq, bir insanı təhdid etməkdə günahlandırdım. Eyni zamanda Mehriban xanımın adamları mənə zəng vurub, hədə-qorxu gəlirlər. Bununla bağlı 102 xidmətinə xəbər vermişəm. Əgər zənglərin arası kəsilməsə, Ramil Usubova müraciət edəcəyəm”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam