Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Kukla Teatrında uşaqlar üçün 3 seans tamaşa nümayiş olunacaq

  Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə üç seans tamaşa nümayiş olunacaq

Yenixeber.org: Teatrdan verilən məlumata görə, teatrın heyəti eyni zamanda müxtəlif məkanlarda keçiriləcək tədbirlərdə iştirak edəcək.
Teatrda iyunun 1-də Ə.Orucun “Zınqırovlu pişik” (saat 12:00) və T.Ağayevin “Qoçaq Əhməd” (saat 16:00, rus bölməsi) tamaşaları nümayiş olunacaq. Bundan başqa, teatrın təşkilatçılığı ilə "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin “Müharibədən zərər çəkmiş uşaqlar haqqında filmin çəkilməsi” layihəsi çərçivəsində şəhid, Qarabağ müharibəsi veteranları və əlillərinin övladları üçün ayrıca tədbir-tamaşa (saat 14:00) oynanılacaq.
İyunun 1-də kuklaçılarla yanaşı, teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının balaca aktyor-ifaçıları Park Bulvar AVM-də saat 18:00-da həmyaşıdları qarşısında çıxışlar edəcəklər. “Oyuq”çular iyunun 3-də isə Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Vətən bizə əmanət” adlı tədbirdə zəngin proqramla çıxış edəcəklər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam