Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ABŞ-da vəfat edən xalq artistinin ailəsi onun Bakıda dəfn olunmasını istəyir

ABŞ-da vəfat edən xalq artistinin ailəsi onun Bakıda dəfn olunmasını istəyir

 

 

Xəbər verdiyimiz kimi, dekabrın 30-da Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov 88 yaşında ABŞ-da vəfat edib

 

Yenixeber.org: Maestro Ç.Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. Sonradan Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında, professor Aleksandr Qoldenveyzerin sinfində oxuyub.

Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 16 saylı Bakı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, mədəniyyət və turizm nazirinin məsləhətçisi, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb.

Çingiz Sadıxov müxtəlif vaxtlarda böyük sənətkarlar Rəşid Behbudovu, Bülbülü, Müslüm Maqomayevi və başqalarını müşayiət edib.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev Çingiz Sadıxovun yaradıcılığını yüksək qiymətləndirirdi. Yeri gəlmişkən, məhz o demişdi ki, “Çingiz Sadıxov royalı Azərbaycan milli alətinə çevirdi”.

Ç.Sadıxov Azərbaycanın Əməkdar və Xalq artisti fəxri adları ilə təltif olunub.

Çingiz Sadıxov 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayırdı. Müslüm Maqomayev kimi o da özünün Vətəndə dəfn olunmasını vəsiyyət edib.

Görkəmli musiqiçinin həyat yoldaşı Xavər Sadıxova ərinin son xahişini yerinə yetirmək istəyir və Çingiz Sadıxovun tarixi vətənində dəfninin təşkilinə köməklik göstərilməsi üçün Azərbaycan rəhbərliyinə və ictimaiyyətinə müraciət edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam