Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Bu layihə gənc ifaçıların böyük rəgbətini qazanıb"- FOTO

"Bu layihə gənc ifaçıların böyük rəgbətini qazanıb"

 

"Bu layihə gənc ifaçıların böyük rəgbətini qazanıb" 

 

Yenixeber.org: Dünən "Gənclərə dəstək" layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi zalında 14 fevral "Sevgililər gününə" həsr olunmuş maraqlı konsert keçirilmişdir. Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, Asəf Zeynallı adına Musiqi Kollecinin tələbələri, AMK tərkibində İncəsənət Gimnaziyasının və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri çıxış etmişdirlər. İştirakçılar arasında Respublika və Beynəlxalq müsabiqələr laureatları da yer almışdır.

AMK tərkibində İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova "Gənclərə dəstək" layihəsi haqqında Milli.Az-a aşağıdakıları bildirmişdir:

"Bu gün Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə "Gənclərə dəstək" layihəsinin növbəti konserti keçirildi. Yarandığı gündən etibarən bu layihə gənc ifaçıların böyük rəgbətini qazanmışdır. Hər bir gənc musiqiçi bu layihə çərçivəsində keçirilən konsertlərdə çıxış etmək arzusundadır. "Gənclərə dəstək" layihəsi gənc istedadları aşkara çıxarmaqla, onların peşəkar inkişafına təkan verməklə yanaşı böyük maarifləndirmə işi görür. Burada Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı rus, qərbi Avropa bəstəkarlarının, həmçinin gənc bəstəkarların əsərləri səslənir. Solistlərlə yanaşı ansambl nömrələri, kollektivlərin çıxışı tamaşaçıların böyük marağına səbəb olur.

Bugünkü konsertdə AMK tərkibində İncəsənət Gimnaziyasının şagirdləri də çıxış etdi. Keçən il bu layihə çərçivəsində keçirilən konsertlərdə gimnaziyanın şagirdləri dəfələrlə çıxış etmiş və bu çıxışlar onlara böyük stimul vermişdir. Həqiqətən, tam əminliklə deyə bilərəm ki, "Gənclərə dəstək" layihəsi qoyduğu vəzifəni yüksək səviyyədə həyata keçirir. Bu səbəbdən layihənin yaradıcısı Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq Artisti, professor, tanınmış pianoçu Murad Adığözəlzadəyə gənclərə yaratdığı bu şərait üçün dərin minnətdarlığımı bildirirəm.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam