Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İki güc nazirliyinin maliyəsini nəzarətində saxlayan Namiq Poladov general rütbəsi alır –SƏBƏB

 Namiq Poladovun başgicəlləndirən transferi və böyük pullardan uzaqlaşdırılmasının mübhəmləri
 
Yenixeber.org: Müdafiə Nazirliyi(MN) Büdcəyə Nəzarət və Maliyyə İdarəsinin keçmiş rəisi Namiq Poladov general rütbəsi almağa hazırlaşır. O, hazırda MN İnspeksiya İdarəsinin rəis müavini postundadır. Polkovnik rütbəsi daşıyan kabinet zabiti gələn məlumatlara görə, Ordu günü – 26 iyunda general rütbəsi alacağı ilə bağlı ətrafına məlumat verib. Deyib ki, rütbəsini 3 gün, 3 gecə “yuyacaq”, buna görə bir neçə yüz min manatlıq qonaqlıq verəcək. Əlbəttə ki, bir əsgərin general olmaq istəyi normaldır. Namiq Poladovun da belə bir sevdaya düşməsi anlayışla qarşılana bilər. Amma gələn məlumatlar onu deməyə əsas verir ki, Namiq Poladov general rütbəsini özünü qorumaq üçün almaq eşqi ilə yaşayır. Qanlı aprel döyüşlərindən sonra kabinetində otura-otura orden-medal alanlardan biri də o olub. Onun adı mətbuatın gündəminə ilk dəfə 2013-cü ildə gəlmişdi. 2003-2013-cü illər ərzində Daxili Qoşunlara komandanlıq etmiş Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra MN-də bir sıra kadr islahatları həyata keçirdi. MN-nin Büdcəyə nəzarət və maliyyə idarəsinə öz kadrı olan polkovnik-leytenat Namiq Poladovu təyin etdi. Buna qədər Namiq Poladov uzun illər Daxili Qoşunların maliyyə şöbəsinin rəisi olmuşdu. DQ-də postunda uzun illər duruş gətirə bilsə də, MN-nin Büdcəyə nəzarət və maliyyə idarəsində 3 il duruş gətirdi. Zakir Həsənov onu böyük pulların dövr etdiyi idarənin rəisi postundan daha yüksək posta – İnspeksiya İdarəsinin rəis müavini postuna keçirdi. Bu təyinat ilk öncə qarışıq təsəvvür formalaşdırsa da, sonradan ortaya ilginc məlumatlar, iddialar çıxmağa başladı. Bu təyinat vəzifəcə böyümə olsa da, faktiki Namiq Poladov böyük pullardan da uzaqlaşdırılıb. Qəfil təyinatın səbəbi bilinməsə də, həmin ərəfədə mətbuatda Namiq Poladovun adı keçən korrupsiya cinayətləri haqda yazılar dərc olunub. Buna görə də belə ehtimallar var ki, Namiq Poladovun İnspeksiya İdarəsinin rəis müavini postuna keçirilməsi həmin məsələlərlə əlaqəli olub.
Maraqlı məqamlardan biri odur ki, Namiq Poladov DQ-dən MN-ə transfer edildikdən sonra da keçmiş iş yerinə nəzarəti saxlaya bilib. Bunun üçün özünün əvəzinə Daxili Qoşunların maliyə şöbəsinin rəisi postuna bibisi oğlu Elman Mahmudovun təsdiqlənməsinə nail olmağı bacarıb. Hazırda Müdafiə Nazirliyindəki təhcizat məsələlərindən kənarlaşdırılsa da, Daxili Qoşunlarda təhcizat məsələsinə nəzarəti qoruyub saxlaya bilib.  Namiq Poladovun  MN-nin Büdcəyə nəzarət və maliyyə idarəsindən uzaşqalşdırılmasının bir səbəbi kimi də əməkhaqqı maddəsi üzrə yeyintilərə yol verilməsi göstərilir. Bildirlir ki, əmək haqqı maddəsi üzrə xərclərin düzgün bölüşdürülməməsi ucbatından hərbçilərə verilməli olan maddi yardım, mükafat, istifadə olunmamış məzuniyət pullarının verilməsində problemlər yaşanıb. Bundan sonra Namiq Poladov MN-nin Büdcəyə nəzarət və maliyyə idarəsindən vəzifəsi böyüdülməklə kənarlaşdırılıb. Ortada “buxarlanan” pulların izinə düşülsə də, araşdırma sona çatdırılmayıb. Namiq Poladov başa düşür ki, güc-tez bu məsələlər araşdırıla bilər. Ona görə də general rütbəsi almaq üçün var gücü ilə çalışır.  Hesab edir ki, general rütbəsi onu gələcək araşdırmalardan kənar saxlaya bilər…Fərhad Çağtürk/ AzEuroNews.com
► ► ►  İddialarla bağlı qarş tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq…

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam