Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

Zakir Fərəcovun Novxanıda “kolon” kimi “Kalyon”undan– Reportaj

Çimərlik mövsümü elan olunmasa da, dənizkənarındakı restoranlarda iş canlanıb. Havanın isti və küləksiz keçməsinə görə şəhər sakinləri Novxanı, Bilgəh sahillərinə üz tuturlar

Yenixeber.org:
► Dəvə ət qutabı, quzu sacı…
Dəniz sahillərində yerləşən restoranların əksəriyyəti ailəvidir. Əsasən də Novxanı istiqamətinə axın var. Çünki dənizqırağında fəaliyyət göstərən restoranlar burada çoxdur.

Axşam saat 7-8 radələrində dənizin təmiz havasını udmaq istəyənlər, dəvə qutabı arzusunda olanlar Novxanıya gedirlər.
Burada sahil boyunca restoranlar yan-yanadırlar: “Kalyon”, “Katamaran”, “Ləman”, “Delfin” və onlarla belə yerlər var.

 

Qiymətlərə gəlincə, restorandan asılıdır. Məsələn, elə yer var ki, dəvə qutabını 70 qəpik, eləsi 1 manata təklif edir. Quzu və can əti sacı 20-24 manat, lülə 5, tikə 6, çoban salatı 4, limonad 2-3 manat arasında dəyişir.

 
► Tekila 5, kütüm 14 manat…
Kütüm balığı 14, farel 12 manatdır. İçkilərə gəlinə, tekila sierranın 50 qramı 5, omeqası 6 manat, “Xırdalan” pivəsi 2, 50 qəpik, “Efes” və digər pivələrin bir şüşəsi isə 5 manatdır.
Şərablar isə 15 manatdan başlayır və ən ucuzu elə yerli məhsullardır. Gürcü çaxırları isə 20 manatdan ucuz deyil. Araqlar isə 20-25 manatdan başlanır.
Sözügedən istirahət mərkəzlərində həftənin şənbə və bazar günləri canlı konsert də təşkil olunur.
Obyektlərdə ümumi söhbətimiz zamanı məlum oldu ki, əslində qiymətləri daha ucuz etməyə hazırdırlar.

Ancaq bunun üçün ilk növbədə vergi, yer haqqı, ekoloji təmizliyə riayət, fövqəladə hallarla bağlı normativlərə aid tələb edilən pullar, Sumqayıt şəhər İcra Hakimiyyətinin qeyri-rəsmi tələbləri irəli sürülməməlidir.Yeri gəlmişkən, deyək ki, Novxanı artıq Sumqayıt ərazisidir.  
  ► Sıxışdırmasalar…
“Sıxışdırmasalar işləməyə nə var ki? Əsas yay mövsümü iş qızışır. Qışda da gələnlər olur, qış zalında qəbul edirik. Ancaq yay aylarında daha çox müştərimiz gəlir.
Üç ay elə işləməlisən ki, özün də qazanasan, işçiyə də maaş verəsən, camaat da hesabdan narazılıq eləməsin, üstəgəl yuxarıları da razı salasan. Yəni, çətindir.
Özünüz bilirsiniz də, Azərbaycandır, gəlirlər, bir mız qoyurlar, nəsə “çp” tapırlar ki, “lijbi” pul alsınlar”, – deyə restoranlardan birinin işçisi şikayətlənir.
O, problem yaranmasın deyə obyektin adının çəkilməməsi xahişi ilə danışmağa razılıq verir: “Onların “haqqı” çatmasa işləmək olmur”.
 
► “Kalyon”da “kolon” qaydaları…
Mətbuatda gedən xəbərlərə görə, Sumqayıtın icra başçısı Zakir Fərəov sahildəki restoranlara nəzarət edir. Burada onun özünə məxsus “Kalyon” istirahət mərkəzi var.
Bir müddət əvvəl cumhuriyyet.net yazmışdı ki, Abşeronda müxtəlif dövlət qurumlarının rəhbərliyində təmsil olunan şəxslər Fərəcovun zavalına gəlməmək, öz vəzifələrini qorumaq üçün ara-sıra “Kalyon”a səfər edir, bahalı restoranda xərclədikləri pullar hesabına özlərini, tutduqları vəzifəni sığortalamağa çalışırlar.
Qaynarinfo.az yazmışdı ki, ödəniş edilmədən “Kalyon”a girmək mümkün deyil. Buna cəhd edənlər mühafizə xidmətinin əməkdaşlarını qarşısında görməli olur. Mühafizəçilər vaxtında müdaxilə edir və içəri pusluz keçmiş vətəndaşı ərazidən uzaqlaşdırır.

Giriş pulunu ödəyib əraziəyə daxil olanlar burda pul xərcləmək məcburiyyətindədir. Belə ki, “Kalyon”da istirahət etmək istəyənlər burda mütləq müəyyən məbləğ ödəməklə stol götürməli və sifariş verməlidi.
Restoranın yerləşdiyi çimərlikdən istifadə edənlər oraya kənardan heç nə gətirə bilməz. Bütün qida və su məhsullar məhz “Kalyon”dan alınmalıdır…Yunis/AzEuroNews/ 
 
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?