Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

RUSİYAYA GÖSTƏRİLƏN İLK “SARI KART”:"qara siyahı" Putinin ətrafına hansı təhlükələr yarada bilər?

Vladimir Fesenko, “Penta” tətbiqi siyasi tədqiqatlar mərkəzinin rəhbəri

“Qlavred”, Ukrayna, 30 yanvar 2018-ci il

 

 

Yenixeber.org: “Kreml hesabatı” – bu, Rusiyaya xəbərdarlıqdır: əgər onun tərəfindən yanlış addımlar atılacaqsa, onda ABŞ-ın yeni sanksiyalar dalğası olacaq.

ABŞ “Kreml hesabatı” adlandırılan, Rusiya oliqarxlarının və prezident Vladimir Putinin ətrafından olan, potensial olaraq yeni sanksiyaların tətbiq edilə biləcəyi adamların siyahısı olan sənədi nəşr etdi. Bu hesabat Rusiya isteblişmentində ciddi və spesifik reaksiya doğurdu.

Ukrayna fenomeni, ənənəvi Ukrayna problemi – bu, hər şeydən çox təxmin edilən bir gözləntidir. Bu səbəblə, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarından davamlı olaraq danışırdıq, biz onları gözləyirdik. Və sonra – bir hesabat ortaya çıxdı, lakin heç bir sanksiya yoxdur. Ukraynada dərhal qışqırdılar: “Oh, bu, necə olur?! Xəyanət!”

Ancaq əslində, ABŞ-ın “Kreml hesabatı”nda praktiki olaraq bütün Rusiya isteblişmentinin adının olduğu “qara siyahı”nı elan etdilər. Düşüncəmə görə, Rusiyada indi adı siyahıya düşməyənlərə “vətən xaini” damğası vuracaqlar. Çünki bu siyahıda hamı var. Orada elə adamlar var ki, adətən, belə siyahılara daxil edilmirlər, məsələn, RF Xarici işlər naziri Lavrov.

“Qara siyahı”ya düşmək adı orada olanlar üçün nə anlama gəlir? Rusiya iş adamları üçün bu, əslində, o demək olacaq ki, ABŞ hamıya bu adamlara pul verməməyi məsləhət gördü. Siyasətçilər üçün bu, müxtəlif xüsusi xidmətlər və orqanlar tərəfindən artmış diqqət demək olacaq. Misal üçün, neçə ki Lavrov nazirdir, o, ABŞ-a gedə biləcək, lakin nə vaxt ki o, artıq nazir olmayacaq, sual yaranacaq…Bundan savayı, siyahıda adı keçənlər ABŞ-da tərpənməz əmlak almağa adət etmişdilər. İndi isə sual yaranır – indi onların belə şansı olacaqmı? Onları xüsusi diqqətlə yoxlamalar gözləyir…

Sanki bu, Rusiyaya qarşı sanksiyalar deyil, ancaq bu, Rusiya xadimləri üçün ciddi problemlərdir. 

Bundan başqa, hələ gizli hesabat da var və heç kim bilmir ki, onda nə var. Və hazırda həddindən artıq narahat olan və ortaya çıxan “qara siyahı”nı birmənalı qavrayamayan rusiyalılar hər şeydən çox gizli hesabata görə həyəcan keçirirlər: orada hansı informasiyalar və necə tövsiyyələr var. Axı həmişə, bir qayda olaraq,  hər şeydən çox qapalı və naməlum olandan qorxurlar.

ABŞ-ın Rusiyaya qarşı rəsmi olaraq yeni sanksiyalar tətbiq etməməsinə gəldikdə isə, düşünürəm ki, bu, Birləşmiş Ştatların taktikasıdır, başqa bir şey deyil. Bu, siyasətin dəyişməsindən xəbər vermir. Bu taktika tamamilə rasionaldır. Amerikalılar, ukraynalılardan fərqli olaraq, çox praqmatik hərəkət edirlər. Bizdə ifrata varırlar: "Ya gəlin, Rusiya ilə barışaq, ya da onunla bütün münasibətləri kəsək, Rusiyaya aid nə varsa da qadağan edək" deyirlər. Amerikalılar, əksinə, rasional hərəkət edirlər. Onlar başa düşürlər ki, indi sanksiyaların gücləndirilməsi müəyyən dərəcədə onların özünə zərbə ola bilər. Ona görə də onlar yeni sanksiyaların tətbiq edilməməsi, bu“qara siyahı” və gizli hesabat vasitəsilə rusiyalılara xəbərdarlıq edilməsi haqqında qərar qəbul etdilər. Bu, bir növ “sarı kart”dır – onlar “uşaqlar, biz çox narazıyıq!”deyirlər.

Bundan əlavə, biz realist olmalıyıq: ilk növbədə, amerikalılar Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməsinə görə qıcıqlanıblar və qəzəbləniblər.Ona görə də gözləmək lazım deyil ki, onlar ilk növbədə Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq hərəkət edəcəklər. Bu, ABŞ-dan rusiyalılara siqnaldır: siz qaydaları pozdunuz, bizim daxili işlərimizə qarışdınız, buna görə də biz sizə qarşı əks tədbirlər görəcəyik.

Faktiki olaraq, bütün hazırkı durum Rusiyaya xəbərdarlıqdır: əgər onun tərəfindən hər hansı bir yanlış addım olacaqsa, onda sanksiyaların yeni dalğası olacaq.

Məhz indi Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün birbaşa formal səbəb yoxdur. Ancaq ön şərtlər, zəmin və potensial siyahı artıq mövcuddur. Üstəgəl, artıq banklar və xüsusi xidmətlər üçün “qara siyahı” vardır – kimə daha diqqətlə baxmaq lazımdır, kimə pul verməyinə dəyməz, kimə viza açmaq lazım deyil, kimlər ABŞ-da tərpənməz əmlak almağı məhdudlaşdırmalıdı və s.

Beləliklə, ABŞ-ın Rusiyaya qarşı birbaşa və açıq sanksiyalarının olmaması heç də Vaşinqtonun siyasətinin dəyişməsi demək deyildir. Əksinə, bu, təxirə salınmış bir hərəkətdir. Amerikalılar sanksiyalar üçün zəmin hazırlayıblar, onları o zaman tətbiq edəcəklər ki, bunun üçün səbəb yaransın. Ona görə də panikaya düşmək və“xəyanət” haqqında qışqırmaq lazım deyil.

Bu, amerikalıların rasional və praqmatik taktikasıdır. Onlar heç vaxt sanksiya tətbiq etməyə tələsmirlər. Ancaq nə vaxtsa sovet dövrünün məşhur mahnısında səsləndirildiyi kimi – “bizim zirehli qatarımız ehtiyat yoldadır” deyirlər. Amerikalılar nümayiş etdirdilər ki, onların “zirehli qatarı” vardır, onun nə zaman istifadə ediləcəyi isə vəziyyətdən asılıdır…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam