Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Kənd təsərrüfatı idarələri belə tikilir:Ağalar Vəliyevlə Heydər Əsədovun “centlimen” sazişindən...

Kənd təsərrüfatı idarələri belə tikilir:

 

Rayonlarda Kənd Təsərrüfatı İdarələrinin tikintisinə ayrılan dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı ziddiyyətli məlumatlar var

 

Xeberinfo.com:  Bəlli olduğu kimi, cənab prezident 16 aprel 2014-ci ildə “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında”  fərman imzalayıb. Bu fərmanla kənd təsərrüfatının institusional inkişafını təmin etmək, aqrar sahədə idarəetməni müasir dövrün tələblərinə uyğunlaşdırmaq, o cümlədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunu və fəaliyyətini təkmilləşdirmək məqsədi ilə bir sıra yeniliklər nəzərdə tutulurdu. Yeniliklərdən biri də şəhər və rayonlarda kənd təsərrüfatı idarələrinin yaradılmasıdır.

 

Ötən həftə xeberinfo.com saytında “Azəraqrartikinti” də dövlət vəsaiti belə “yeyilib”:1400000-dən 838000sərlövhəli yazının yer almasından sonra bu istiqamətdə redaksiyamıza daha da maraqlı məlumatlar daxil olmaqdadır. Xatırladım ki, bu yazıda “Azəraqrartikinti” ASC-nin Biləsuvar filialının müdiri Quliyev Dilavər Həbib oğlunun qurum rəhbərliyi tərəfindən qarşılaşdığı haqsızlıqdan, dövlət vəsaitinin mənimsənilməsindən bəhs olunurdu. Daha doğrusu redaksiyamıza surəti daxil olmuş Dilavər Quliyevin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və Maliyyə naziri cənab Samir Şərifova ünvanlanmış müraciətində bu kimi faktlar yer alır. Şikayətçi Azəraqrartikinti” ASC-nin Biləsuvar filialına ASC-nin göstərişi ilə Biləsuvarda Kənd Təsərrüfatı Nazirliyinin inzibati – laboratoriya binasının tikintisinin inşasından və sonda haqqı olan 242000 manatı ala bilməməsindən bəhs edir. İddiaya görə binanın tikintisinə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə “Azəraqrartikinti” ASC-nə ƏDV-siz 1 milyon 400 min manat vəsait ayrılıb. Tikintiyə isə Dilavər Quliyevin rəhbəri olduğu filial tərəfindən 802 000  manat vəsait xərclənib. Bu vəsaitin 562000 manatı ASC tərəfindən Biləsuvar filialına ödənsə də, 242000 manatı bugünə qədər müxtəlif bəhanələrlə ödənməmiş qalmaqdadır. Digər 598000 manatın hara “buxarlanması” haqqında isə ümumiyyətlə heç bir bilgi yoxdur.

Biz bu yazıdan sonra həm“Azəraqrartikinti” ASC-nə, həm də Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə sorğu ünvanlamışıq. Ümid edirik ki, bu müraciətlərimizlə az da olsa belə problemə aydınlıq gətirə biləcəyik.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu istiqamətdə xeberinfo.com-a yeni məlumatlar daxil olmaqdadır. Məlumatlarda cənab prezidentin məlum fərmanına uyğun olaraq, rayonlarda kənd təsərrüfatı idarələrinin tikintisindən və bu prosesdə “Azəraqrartikinti” ASC ilə Kənd Təsərrüfatı Nazirliyinin “centlimen” razılaşmasından bəhs olunur. Bu razılaşmada isə külli miqdarda dövlət vəsaitinin iki qurum arasında “əridilməsinin” detalları yer alır. Məlumatların nə dərəcədə həqiqət olduğunu deyə bilməsək də, rayonlarda kənd təsərrüfatı idarələrinin tikintisinin birmənalı olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən“Azəraqrartikinti” ASC-nə həvalə olunması və Biləsuvar filialı ilə bağlı yuxarıdakı faktlar konkret şübhələrə yol açır.

Biz məlumatda yer alan faktlarla bağlı lazımı dəqiqləşdirmələrə çalışdıq. Təəssüf ki, “Azəraqrartikinti” ASC ilə əlaqə yaratmaq cəhdlərimiz yenə də nəticəsiz oldu. Ağalar Vəliyevin iki köməkçisindən heç biri bizi eşitmək belə istəmədi...

Kənd Təsərrüfatı Nazirliyindən isə şöbə müdiri Ramiz Rzayevlə danışdıq. Yenə də təəssüf,... Ramiz müəllim 10-15 dəqiqiədən sonra suallarımızı cavablandıracağını desə də, olmadı.

Qarşıdakı günlərdə gərəkən araşdırmalarla mövzunu davam etdirəcəyik.

 

Sabir     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam