Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezidentdən yeni təyinat -Sərəncam

 

 Prezidentdən yeni təyinat -

 

Azərbaycan Prezidenti İlham Əliyev 14 fevral 2018-ci il tarixli 3673 saylı sərəncamı ilə Rüfət Bünyat oğlu Rüstəmzadəni Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edib

Yenixeber.org: Bu barədə  Agentliyin Kommunikasiya və İnformasiya Texnologiya şöbəsindən məlumat verilib.

Rüfət Rüstəmzadə 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. 1996-2002-ci illərdə illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa Birinci Texniki Yardım Layihəsinin işçi qrupunda müxtəlif vəzifələrdə çalışıb. 2002-2007-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa İkinci Texniki Yardım Layihəsinin işçi qrupunun direktoru olub.

2007-2010-cu illərdə “Caspian Biznes Consaltinq” MMC-nin idarəedici tərəfdaşı, 2010-2013-cü illərdə isə Liviya – Azərbaycan QSC-nin İdarə Heyətinin sədri kimi əmək fəaliyyətini davam etdirib. 2014-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq layihələr şöbəsinin müdiri vəzifələrində çalışıb. Rüfət Rüstəmzadə daha sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam