Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sumqayıtda misli görünməmiş “obnaliçka”: bir sahibkarın 6 şirkəti tenderləri udub?!

          Sumqayıtda misli görünməmiş “obnaliçka”: bir sahibkarın 6 şirkəti tenderləri udub?!

 

“Prizma ltd” MMC-i, “Project Group Company” MMC-i, “Optimal Consultinq” MMC-i, “Stimul Group” MMC-i, “Lyuks Holdinq” MMC-i və “Prestij ltd” MMC-i...

Xeberinfo.com:  Prezident İlham Əliyevin Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılması haqqında sərəncamı bir qədər gözlənilməz oldu. Məlum olduğu kimi, son zamanlar yaşanan maliyyə çətinlikləri bir çox layihələri təxrə salmağa səbəb olub. İş o yerə çatıb ki, 2017-ci ilin büdcəsində investisiya xərclərinin kəskin azaldılması gözlənilir. Ən azından bununla bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin açıqlaması faktdır. Hökumət üzvlərinin sərt maliyyələşdirmə təklif etmələri də sirr deyil.

Belə olan halda prezidentin Sumqayıta 5 milyon manat ayırması bir qədər gözlənilməz oldu. Görünür, prezidenti bu addımı atmağa sövq edən Sumqayıt şəhərində həyata keçirilən tikinti-abadlıq işləri olub. Belə ki, sentyabrın 25-də Sumqayıta səfəri zamanı prezident İlham Əliyev “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılmış Azərbaycan Kağız və Karton İstehsalat Kombinatının, Sumqayıt Yağ Fabrikinin və Mis Emalı Zavodunun açılışında iştirak edib. Görünür dövlət başçısı bir neçə sənaye müəssisəsinin açılışından razı qalıb və Sumqayıt şəhər icra hakimiyyətini görülən işlərə görə bir növ mükafatlandırıb. Belə ki, sərəncamın preambula hissəsində son zamanlar Sumqayıtda görülən işlər qeyd olunub. Başqa sözlə görülən işlər əlavə maliyyə vəsaitinin ayrılmasına səbəb olub.

Sumqayıt şəhərində görülən işlər diqqəti çəksə də, xeberinfo.com-a daxil olan məlumata görə bəzi hallarda pulların xərclənməsi ilə bağlı şübhəli məqamlar da var. Məsələn, 2016-cı ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin maşın və avadanlıqların satın alınması üçün “Prizma ltd” MMC-i ilə 83 min manatlıq, yumşaq inventarlar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması üçün “Project Group Company” MMC-i ilə 136 min manatlıq, inventarların satın alınması üçün “Optimal Consultinq” MMC-i ilə 112 min manatlıq, inventarların satın alınması adı altında başqa bir 9 min manatlıq əməliyyat “Stimul Group” MMC-i, məktəbəqədər uşaq müəssisələri-uşaq bağçalarına dəftərxana və təsərrüfat mallarının satın alınması    məqsədi ilə “Lyuks Holdinq” MMC-i ilə 45 min manatlıq, məktəbəqədər uşaq müəssisələri-uşaq bağçalarına avadanlıqların satın alınması adı ilə “Prestij ltd” MMC-i ilə 38 min manatlıq maliyyə əməliyyatı aparılıb.

 Bu əməliyyatlarda ilk baxışdan təəccüblü və müəmmalı heç nə yoxdur. Amma,... bu altı müəssisənin hamısının qeydiyyat ünvanı eyni məkanda,  Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 187 A-da yerləşir. Bu altı  şirkətin hamısınn rəhbəri də eyni bir şəxs-Məmmədov Fəxrəddin Abuzər oğludur. Bir şəxsin ayrı-ayrı altı şirkətinin olması və onların müxtəlif əməliyyatlarda iştirakı diqqətçəkicidir. Mənbənin bildirdiyinə görə, dövlət satınalmaları zamanı belə fəndlərdən çox istifadə olunur. Bu priyom şirkətin Əlavə Dəyər Vergisindən yayınmasına, alıcı tərəfin isə pulu vergiyə itirməməsinə imkan verir. Məlumdur ki, şirkətlərin dövriyyəsi 150 min manatdan çox olduqda Əlavə Dəyər Vergisinə cəlb olunur. Görünür, bu səbəbdəndir ki, Fəxrəddin Məmmədov altı şirkətin sahibidir.

Belə olduğu halda  isə kimlərsə qazanır, dövlət büdcəsi isə itirir. Bu əməliyyatlarda digər bir maraqlı məqam eyni bir şəxsin fərqli malların satışını həyata keçirməsidir. Belə məlum olur ki, Fəxrəddin Məmmədov maşın və avadanlıqlar, yumşaq inventarlar, yataq ləvazimatları və xüsusi geyimlər, dəftərxana və təsərrüfat malları kimi bir-birindən tamamilə fərqli malların ticarəti ilə məşğul olur(?) Heç inandırıcı görünmür. Ehtimal olunur ki, Fəxrəddin Məmmədovun şirkətəri “obnaliçka” əməliyyatları üçün istifadə olunub. Bu isə  prezidentin Sumqayıta ayırdığı sonuncu 5 milyon manatın necə xərclənəcəyi ilə bağlı da şübhələr doğurur.   

Yazını hazırlayarkən Sumqayıt şəhər icra hakimiyyətinin rəsmisi ilə danışa bilsək də, suallarımıza cavab ala bilmədik. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.  

 

Sabir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam