Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əli Abbasovun işçisi 23 milyon manatı necə sildi?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digər vəzifəli şəxslərinin cinayət işi üzrə maraqlı məqamlar ortaya çıxmaqdadır.

Xeberinfo.com:   Lent.az-ın ittiham aktına istinadən məlumatına görə, cinayət işininin araşdırılması nəticəsində “Azərpoçt” MMC-də görülən işlərin dəyərindən daha artıq qiymətləndirilməsi faktı ortaya çıxıb.

İttiham aktında bildirilir ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin müfəttişləri tərəfindən tərtib edilmiş aktın göstəricilərinə əsasən 01 yanvar 2009-cu il tarixdən 29 oktyabr 2015-ci il tarixədək olan dövr ərzində “Azərpoçt” MMC və onun struktur qurumlarında rəsmiləşdirilmiş tikinti-quraşdırma və təmir işlərinin həcmlərinin dəyərinin ümumilikdə 22 milyon 525 min 989 manat məbləğində artırıldığı müəyyən edilib.

Qeyd edək ki, cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam