Redaktor seçimi
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

NAZİR XARİCİ BORCUN ARTMASININ 3 SƏBƏBİNİ AÇIQLADI -“Təkcə buna görə, borcumuz 31%


 

“Azərbaycanın xarici borcunun artmasının üç əsas səbəbi var. Bunlar devalvasiya ilə bağlı xarici borcun ÜDM-ə nisbətin artması, maliyyə-bank sisteminin sağlamlaşdırılması üçün görülən tədbirlər və “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı verilən dövlət zəmanətidir”. 
Yenixeber.org: “APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.
S. Şərifov qeyd edib ki, Maliyyə Nazirliyi kifayət qədər ehtiyatlı borclanma siyasətinin həyata keçirilməsinin tərəfdarıdır:“Dövlət başçısı müvafiq göstərişlər verib ki, xarici borcumuz artmasın, əksinə azalsın. Qeyd edim ki, son iki il ərzində Azərbaycanda həyata keçirilən islahatlar makroiqtisadi vəziyyətin sabitləşməsinə, dayanıqlı büdcə siyasətinin aparılmasına münbit şərait yaradıb. Bunun hesabına sosial məsələlərin həlli mümkün olub. Etiraf etmək lazımdır ki, son iki-üç il Azərbaycan üçün çox ağır və sınaq illəri olub. Həmin illər ərzində etiraf edək ki, biz müəyyən xərclərə getməli idik. Maliyyə-bank sektorunda yaranmış problemlərin həlli üçün böyük məbləğdə vəsait xərclənib. Bizim borcumuz xarici valyutada götürülür. ÜDM isə 3 il bundan əvvəl manatla ifadə olunurdu, məzənnə də bəlli idi. Devalvasiyadan sonra bizim ÜDM dollarla ifadədə azalıb. Xarici bprcumuzun ÜDM-ə nisbəti iki dəfə artıb”.
Nazir xarici borcun artmasının ikinci səbəbini də açıqlayıb: “Maliyyə-bank sektorunun sağlamlaşdırılması, xüsusilə də “Azərbaycan Beynəlxalq Bankı” ASC-də olan maliyyə cinayətlərinin nəticəsində dövlətə gələn böyük zərbə ilə bağlıdır. Azərbaycan dövləti bankın əmanətçilərinin qorunması məqsədilə bankı xilas etmək qərarına gəlib. Nəticədə bankın heç bir əmanətçisinə zərər dəyməyib. Digər tərəfdən bankda xidmət olunan digər təşkilatlara da ziyan gəlməyib. Beynəlxalq Bank son vaxtlar ifrat dərəcədə yüksək faizlərlə borclanıb. Xarici kreditorlar da bu banka dövlətə məxsus bank kimi baxırdılar. Halbuki dövlətin bankdakı payı 50,2 faiz idi. Əslində səsvermə zamanı pay 66 faizdən yuxarı olmalıdır. Yəni, 50,2 faiz səs elə də böyük səs deyil. Buna baxmayaraq, beynəlxalq imici nəzərə alaraq həmin ərəfədə mühüm transmilli layihələrin keçirilməsi də nəzərə alınaraq, xüsusilə Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üçün biz borclanmaya getdik. Biz xarici kreditorlara qarşı tədbir görsəydik, bu bizim üçün acı nəticələnərdi. Dövlət xarici banklar qarşısında öhdəlikləri öz üzərinə götürdü. Bu günə qədər bankın kreditorlar qarşısında borcunu 20 faizə qədər azaltmışıq. Bu da uzun müddətli danışıqlar nəticəsində əldə edilib. Bir qrup kreditor var ki, bu məsələnin tənzimləməsi şərtləri ilə razı deyil. Lakin biz professional şirkətlərlə işləyirik. Həmin maliyyə sağlamlaşdırılması ilə bağlı 2,3 milyard dolları dövlət öz üzərinə götürüb. Təkcə bu tədbir hesabına bizim borcumuz 31 faiz artıb”.
Samir Şərifov xarici dövlət borcunu artıran üçüncü səbəbin Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi ilə bağlı olduğunu bildirib: “Bu layihə ilə bağlı “Cənub Qaz Dəhlizi” şirkətinin 6 milyard dollarlıq borclanması yaranıb. Layihə ilə bağlı əsas risklər tikinti ilə bağlıdır. Kreditorlar düşünür ki, qaz alıcılara satıldıqda artıq daxilolmalar olacaq. Bunun hesabına xarici kreditorlar da arxayınlaşır ki, maliyyə axını olacaq. Buna görə xarici banklar tikinti müddətində zəmanət tələb edirlər. “Cənub Qaz Dəhlizi” şirkətinin xüsusi yaradılmış şirkətdir ki, onun aktivkəri yoxdur. Məhz buna görə də xarici banklar da şərt qoyular ki, kredit ayrılarkən dövlət zəmanəti verilsin. Dövlət də zəmanəti o şərtlə verir ki, layihə ilə bağlı problem yaransa, dövlət müdaxilə edəcək və o pulları ödəyəcək. Biz dövlət borcunu ödəyərkən orta hesabla 10 faizə yaxın şərti öhdəlik yaradırıq. Bunu dövlət borcunun məcmu məbləği daxilində edirik. Buna görə də nəticədə 5 milyard dollarlıq borclanma varsa da, bu şirkət müqavilə imzalayır. Biz də əgər zəmanət sazişinə imza atırıqsa, borcumuzu 10 faiz artırırıq,” – deyə S. Şərifov qeyd edib.
Qeyd edək ki,  Hesablama Palatasının məlumatlarına əsasən, 2017-ci il yanvarın 1-ə dövlət borcu 13,471 milyard manat səviyyəsində qiymətləndirilir. Beləliklə, büdcə kəsirini ödəmək üçün dövlətin maliyyə borclarının məbləği ötən il 26,2% artıb.
Azərbaycanın dövlət borcu 1 yanvar 2018-ci il tarixinə 17 milyard 7,4 milyon manat və ya ÜDM-in 24,3 faizini təşkil edir (2016-cı ilin sonunda ÜDM-in 22,5 faizi). Əhalinin bir nəfərinə düşən dövlət borcu 1718,3 manat (2017-ci ildə artım 25,1%) təşkil edir, deyə HP məlumat verir.
Bu məbləğin 15 milyard 978,1 milyon manatı (93,9 faiz) xarici borc, 1 milyard 29,3 milyon manat (6,1 faiz) isə daxili borcun payına düşür. Eyni zamanda, 2017-ci ildə Azərbaycanın xarici borcu 35,9% artıb, daxili borc isə 16,3% azalıb.
İqtisadçı Rövşən Ağayevin qeyd edir ki, 1 milyard dollardan çox olan daxili dövlət borcu çox xeyli azaldılıb. Bu rəqəm reallığı əks etdirmir, çünki dövlətinə məxsus “Agrarkredit”in istiqrazlarını buraxaraq Mərkəzi Bankda 2040-cı ilə qədər müddətə 10 milyard manat məbləğində kredit götürülüb.Bu borcun qaytarılması üçün məsuliyyət Maliyyə Nazirliyinə aiddir. “Bu nədir, daxili borc deyil?”, – deyə iqtisadçı soruşur.
Maliyyə eksperti Əkrəm Həsənov Turan-a müsahibəsində Ağayev rəyini təsdiq edib. O, qeyd edib ki, hökumət Maliyyə Nazirliyinin şəxsində Mərkəzi Bankdan 10 milyard manat kredit alıb və bu məbləğ daxili borcun bir hissəsidir. daxili borc hesablanması Mərkəzi Bankdan alınmış milyardlarla borcu HP niyə hesaba almır? Müsahibin fikrincə, ya bu pul AMB-yə qaytarılıb, ya da Hesablama Palatasının daxili borcun 1 milyard 29, 3 mln manat olması barədə məlumatı yanlışdır. “Mərkəzi Banka borcun ödənilməsi barədə məlumat verilməyib”, – deyə Həsənov qeyd edib.
Xatırladaq ki, bankın bankın özəlləşdirilməsinə hazırlaşması üçün maliyyə vəziyyətinin sağlamlaşdırılması barədə 15 iyul 2015-ci il tarixli fərmana əsasən, dövlət “Agrarkredit” BOKT dövlət təminatlı istiqrazlar buraxıb və əldə edilən vəsaitlə ABB-nin qiymətdən düşmüş və / və ya yüksək riskli aktivlərini alır. Tədbirlər nəticəsində ABB-nin “Aqrarkredit”ə verilən zəhərli aktivlərinin ümumi məbləği 2017-ci ilin sonuna 14,7 milyard manat təşkil edib.
Xarici borca gəlincə, rəsmi məlumatlara görə, ölkənin ehtiyatları beynəlxalq öhdəliklərdən 2,3 dəfə çoxdur. Lakin bu məlumat ekspert dairələrində şübhə doğurur, çünki rəsmi mənbələr alınan və mənimsənilən xarici kreditləri hesaba alır, veriləcək kreditlər üzrə borc öhdəliklərini belə hesab etmir.
“Bundan əlavə, dövlət şirkətlərinə verilmiş xarici kreditlər xarici borcun strukturuna daxil edilmir. Məsələn, Maliyyə Nazirliyinin internet saytında xarici borc 9 milyard dollar göstərilir, halbuki təkcə SOCAR-ın son öhdəlikləri 8 milyard dolları təşkil edir. Amma Azərbaycan Beynəlxalq Bankı ilə olan presedent göstərdi ki, dövlət şirkətlərinin xarici borclarını yekundə dövlət ödəyir”, – deyə iqtisadçı Natiq Cəfərli Turan-a bildirib.
SOCAR-ın hesabatlarının şəffaflığı da normal deyil. Çünki şirkət ümumi rəqəmlər verir, aktivlərin idarə edilməsi, dividendlər barədə məlumatlar yoxdur. Dövlət Neft Şirkətinin sərmayələrinin nə qədər gəlirli olması, xərclərini çıarıb-çıxarmadığı barədə demək çətindir.
Müstəqil ekspertlərin fikrincə, Azərbaycanın xarici borcu ölkə ÜDM-nin yarısından artıqdır, amma dəqiq məlumat yoxdur, çünki dövlət şirkətlərinin borcları barədə dəqiq məlum verilmir. Şəffaflığın olmaması aktivlər və ölkənin öhdəlikləri arasında fərqə görə beynəlxalq investisiya mövqeyini təhlil etməyi çətinləşdirir.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?