Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Avtomobil idxalında kəskin azalma

avtomobil2016-cı ilin 10 ayı ərzində Azərbaycana 4 349 ədəd nəqliyyat vasitəsi idxal edilmişdir.

Xeberinfo.com:   “Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 5,6 dəfə azdır. Belə ki, 2015-ci ilin 10 ayında ölkəmizə 24 219 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

Bu ili oktyabr ayında idxal cəmi 443 ədəd təşkil edib.

Bu ilin 10 ayında 75 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3775 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 419 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 80 ədəd süsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunmuşdur.

Minik avtomobillərinin idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 dəfə azalıb. 2015-ci ilin 10 ayında 21 min 497 ədəd minik avtomobili idxal olunmuşdu.

Bu ilin oktyabr ayında minik avtomobillərinin idxalı cəmi 386 ədəd təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam