Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Avtomobil idxalı 7 dəfə azalıb

1t masin

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 2 233 ədəd avtomobil idxal edilib.  

Xeberinfo.com:   Bu, 2015-cü illə müqayisədə 13 262 ədəd, yaxud 85,59% (7 dəfə) azdır.
Məlumata görə, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 465 ədəd, yaxud 15,5 dəfə azalaraq 32 ədəd olub.
Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 11 973 ədəd, yaxud 86,06%, yaxud 7,17 dəfə azalaraq 1 939 ədədə düşüb.
DGK-nın açıqlamasında deyilir ki, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2015-ci ilə nisbətən 748 ədəd, yaxud 78,57%, yaxud 4,7 dəfə azalaraq 204 ədəd təşkil edib.
Qurum həmçinin xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxal sayında da azalma olduğunu elan edib. Belə ki, 2015-ci ilə nisbətən 2016-ci ildə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı 76 ədəd, yaxud 56,72%, yaxud 2,3 dəfə azalaraq 58 ədəd olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam