Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Elman Rüstəmov daha nə qədər dözəcək?

 

Azərbaycanın Mərkəzi Bankı strateji valyuta ehtiyatlarının daha 1,084 milyard dollar azaldığını açıqlayıb.

"Xeberinfo.com":   Bankdan yayılan məlumata görə, bu il martın 31-də valyuta ehtiyatları 9 milyard 472 milyon dollar olub,  aprelin 30-na qədər isə azalaraq 8 milyard 387 milyon təşkil edib.

Bununla da Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin 31 dekabrından bu yana, yəni cəmi 4 ay ərzində 5 milyard 370 milyon dollar azalıb. Fevral ayında həyata keçirilən kəskin devalvasiyaya baxmayaraq valyuta ehtiyatlarının yüksək templə azalması tendensiyası dayanmayıb və Mərkəzi Bankın ehtiyatları ayda orta hesabla 1 milyard dollardan çox “əriyir”. Və belə temp davam etsə, ilin sonunda Mərkəzi Bankın valyuta ehtiyatları tamamilə sıfırlanacaq.

Mərkəzi Bankın ehtiyatlarının bu cür kəskin azalması ölkənin baş bankının milli valyutanın indiki kursunu da sabit saxlaya bilmək üçün hər ay azı 1 milyard dollar dövriyyəyə buraxdığını göstərir. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov ötən ay parlamentdəki müzakirələrdə bildirmişdi ki, aprel-may aylarından başlayaraq manata təzyiqlərin azalacağı, iqtisadiyyatda dollarlaşma prosesinin yavaşıyacağı gözlənilir.

 

Lakin belə görünür ki, bu proqnozlar hələlik özünü doğrultmur. Fevral devalvasiyasının təsiri altında iqtisadiyyatda dollarlaşma prosesi yüksək templə davam etməkdədir və Mərkəzi Bank öz ehtiyatlarını sürətlə xərcləyib tükətməkdədir.

Bu vəziyyətdən çıxmaq üçün yeganə variant manatın kursunu sərbəst buraxmaq, yaxud idarəolunan üzən kurs siyasətinə keçmək ola bilər. Mərkəzi Bank rəhbəri parlamentdəki çıxışında bu variantın müzakirə olunduğunu, lakin hələlik ölkənin üzən kurs siyasətinə keçməyə hazır olmadığını demişdi.

Ancaq ehtiyatların bu cür yüksək templə azalması Elman Rüstəmovun anons etdiyi üzən kurs siyasətinə keçidi tezləşdirə bilər. Hərçənd ki, bu günlərdə maliyyə naziri Samir Şərifov manatın yeni devalvasiyasının gözlənilmədiyini açıqlayıb, milli valyutanın kursunu sabit saxlamaq üçün imkanların olduğunu deyib.

Buna baxmayaraq Mərkəzi Bankdan açıqlanan yeni rəqəmlər narahatlıqları artırır. Çünki heç bir ölkə milli valyutanın kursunu sabit saxlamaq üçün valyuta ehtiyatlarının tamamilə xərclənib tükədilməsinə dözə bilməzdi. Baxmayaraq ki, üzən kurs siyasəti kəskin inflyasiyaya və digər iqtisadi kataklizmlərə səbəb olur.

Hələlik manatın mövqelərinə təzyiq göstərən amillərin aradan qalxdığı haqda danışmaq mümkün deyil. Neftin qiymətində nisbi artım müşahidə edilsə də bu günə olan məlumatlara əsasən artım dayanıb. Gələn ay İranla Qərb arasında yekun nüvə razılaşması əldə olunsa və sanksiyalar götürülsə, bazara daha çox neft çıxarılacaq.

İranın neft naziri Bijan Zangane Berlində bildirib ki, onun ölkəsi sanksiyaların ləğvindən sonrakı 3-4 ay ərzində hasilatı 4 dəfə artırmağa - sutkada 4 milyon barrelə çatdırmağa hazırdır. Deməli, neftdən daxil olan gəlirlərin artması hesabına ölkəyə dollar axınının güclənməsini yaxın perspektivdə gözləmək olmaz.

Digər tərəfdən, manata olan təzyiqlər təkcə neft amili ilə bağlı deyil. Hazırda dünyada valyuta müharibələri gedir. İlin əvvəlindən başlayaraq Avropa Mərkəzi Bankı və Yaponiya Bankı pul-kredit siyasətini yumşaldıb.

Avronun və iyenin dollara nisbətdə məzənnəsi aşağı salınıb. Məqsəd xarici ticarət balansındakı kəsirləri azaltmaq və iqtisadi artıma təkan verməkdir. Dünyanın 20-dən çox ölkəsinin mərkəzi bankları da bu nümunəni tətbiq ediblər. Azərbaycan da manatın dollar qarşısında hədsiz güclü mövqeyinin fəsadlarını aradan qaldırmaq üçün kəskin devalvasiya həyata keçirib.

Nuriel Rubini

Virtualaz.org saytının xəbərinə görə, qlobal maliyyə məsələləri üzrə dünyanın ən nüfuzlu ekspertlərindən biri, Nyu-York Universitetinin iqtisadiyyat professoru Nuriel Rubini “Dollar valyuta müharibələrinə qoşulur” başlılqlı məqaləsində (“Projekt Syndicate”, ABŞ) göstərir ki, son zamanlar dollar dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin milli valyutaları qarşısında mövqelərini möhkəmləndirib.

Nəticədə bir sıra ölkələr milli valyutalarının kursunu aşağı salmalı olublar. Məqsəd iqtisadi artımı saxlamaq və ixracın azalması nəticəsində iş yerlərinin ixtisarına imkan verməməkdir. Hətta ötən il Çin də qısa müddətdə milli valyutasının dollar qarşısında zəifləməsinə imkan verdi.

N.Rubini bildirir ki, bu yaxınlaradək amerikalı siyasətçilər dolların həddən artıq möhkəmlənməsindən narahat deyildilır. Çünki Amerikada iqtisadi artım perspektivləri Avropa və Yaponiyaya nisbətən daha yüksək idi. İlin əvvəlində proqnozlaşdırılırdı ki, ABŞ-da ÜDM artımə 3 faiz olacaq. Hesab edilirdi ki, neftin ucuzlaşması və yeni iş yerlərinin yaradılması əhalinin gəlirlərini, nəticədə tələbatını artıracaq.

Lakin bu gün vəziyyət fərqlidir. Amerikanın Federal Ehtiyatlar Sistemi dolların möhkəmlənməsindən narahatdırlar. Çünki dolların möhkəmlənməsi ixraca, inflyasiyaya və iqtisadi artıma mənfi təsir edir. İlin əvvəlinə olan proqnozlar özünü doğrultmur. Bu səbəbdən iqtisadçı gözləyir ki, Federal Ehtiyatlar Sistemi də valyuta müharibələrinə qoşulmağa məcbur olacaq.

Hələlik bu müharibəyə sözlə müdaxilədən söhbət gedir, ancaq gözlənilir ki, Federal Ehtiyatlar Sistemi sıfır faiz dərəcəsi siyasətindən daha gec və tədricən çəkiləcək. Nəticədə dolların əsas xarici valyutalara nisbətdə məzənnəsi aşağı salınacaq. Bu isə ticarət müharibələrini qızışdıracaq.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam