Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
Günün xəbəri

Batut və tamblinqçilər üçün- milli yarışlar mövsümü yekunlaşdı

Batut və tamblinqçilər üçün milli yarışlar mövsümü yekunlaşdı
Bakının iki fərqli məkanında tamblinq və batut gimnastikası üzrə daxili yarışlar təşkil edilib.
Yenixeber.org: Azərbaycan Gimnastika Federasiyasından xəbər verilir ki, tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və birinciliyi Bakı Gimnastika Məktəbində, batut gimnastikası üzrə 5-ci Azərbaycan çempionatı və birinciliyi isə Bakı Olimpiya İdman Kompleksində keçirilib.

İki günlük yarışlarda Bakı Gimnastika Məktəbi və “Neftçi” İdman Klubunu təmsil edən tambliqnçilər - uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında mübarizə aparıblar. Batutçular isə fərdi və sinxron proqramda balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” İdman Klubunu təmsil ediblər.

Batut yarışlarında ilk dəfə olaraq Qaxdan olan gimnastlar öz çıxışlarını nümayiş etdiriblər.

Kişi və qadın idman gimnastikası, akrobatika və aerobika gimnastikası üzrə son daxili yarışlar Sumqayıt şəhərində baş tutacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam