Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Sumqayıt"ın kapitanı:"Penalti epizoduna kimi çoxlu qol şanslarımız oldu"

 

 

"Ağır oyun oldu. Gəncə səfərləri həmişə çətin olur. Çalışırdıq ki, buradan üç xalla dönək. Amma alınmadı. Yaxşı ki, bir xal qazana bildik. Heç nə edə bilmərik. Bu oyunu unutmalıyıq. Növbəti matçda "Qəbələ" ilə qarşılaşacağıq. Həmin oyuna yaxşı hazırlaşmalıyıq. Düşünürəm ki, həmin oyunda daha yaxşı nəticə əldə edə bilərik"

 

Yenixeber.org: Bunu açıqlamasında "Sumqayıt" klubunun kapitanı Vurğun Hüseynov Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib. 

30 yaşlı müdafiəçi yaranan qol imkanlarından yararlana bilmədiklərini söyləyib: "Penalti epizoduna kimi çoxlu qol şanslarımız oldu. Amma istifadə edə bilmədik. Penaltiyə mən səbəb oldum. Futbolda belə hallar olur. Amma onun təsirinə düşsəydim, uduza da bilərdik. Bərabərlik qolunu vurduq və bir xal qazana bildik".

Hüseynov daha sonra bu görüşə məğlub olmaq üçün gəlmədiklərini sözlərinə əlavə edib: "Gəncə səfərinə xal qazanmaq üçün gəlmişdik. Əfsuslar olsun ki, bir xalla kifayətləndik. Futboldur. Belə hallar çox olur".

O, son olaraq çempionatda keçirəcəkləri iki oyun haqqında da danışıb: "Qarşıda iki oyunumuz qalıb. Həmin matçlar finala bərabər olacaq. Çalışacağıq ki, doğma meydanda qələbə qazanaq". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam