Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bu gün futbol üzrə Azərbaycan çempionatına yekun vurulur

 

Bu gün futbol üzrə Azərbaycan çempionatında – Premyer Liqada 2014-2015-ci illər mövsümünün son turunun oyunları keçiriləcək.

"Xeberinfo.com":    Məlumata görə, Sumqayıtda şəhərin eyniadlı komandası gümüş medalların sahibi “İnter”i qəbul edəcək. Bu oyun “Sumqayıt” komandası üçün mühüm əhəmiyyəti kəsb edir. Çünki bu turda qələbə qazanacaqları təqdirdə onlar turnir cədvəlində bir pillə irəliləyə biləcəklər.
“Qəbələ” doğma meydanda “Bakı”nın müqavimətini qırmağa çalışacaq. “Qəbələ” bu oyunda ən azı bir xal qazanacağı təqdirdə turnir cədvəlindəki yerini qoruyacaq və bürünc medallara sahib olacaq.
Bakıda “Neftçi” AZAL-ın müqavimətini qırmağa çalışacaq. Artıq əsasən ölkə kubokunun finalında “Qarabağ”la görüşə hazırlaşan “Neftçi” bununla yanaşı bu oyunda qələbə qəzanacğı “Qəbələ”nin isə bugünkü qarşılaşmadan xalsız ayrılacağı təqdirdə çempionatda 3-cü yerin sahibi də ola bilər.
Turun və çempionatın Lənkəranda keçiriləcək son oyununda isə “Xəzər Lənkəran” Zaqatalanın “Simurq” komandasını qəbul edəcək. Lakin ciddi maliyyə problemi ilə üzləşən “Simurq”un Lənkərana getməyib bu oyuna çıxmama ehtimalı da var. Belə olan təqdirdə lənkəranlılar texniki qələbə qazanacaqlar.
Ölkə çempionluğu təmin etmiş “Qarabağ” isə artıq bütün oyunlarını başa vurduğundan “köhlən atlar” meydana çıxmayacaq.

 

Trend


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam