Yenixeber.org: Kosovodakı fermalardan birində saxlanan bu xoruz unikaldır.

Meraklinin anası brahma cinsindən olan çox böyük toyuqdur.

Fermanın sahibi Fitim Seyficayın dediyinə görə, iki toyuq boyda olan Merakli artıq sosial şəbəkələrdə də məşhurdur.

Brahma cinsi Birləşmiş Ştatlarda yetişdirilib.

Bu cinsdən olan xoruzların orta çəkisi 5,5 kq-a çatır.