Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Xaş-Xaş 2018":9 ton narkotik tutuldu

 İyul ayının 28-dən 31-dək respublikanın Şimal-Qərb bölgəsindəki meşə massivlərində Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyatı qurumları əməkdaşlarının, həmçinin Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların hərbi qulluqçularının iştirakı ilə "Xaş-Xaş 2018" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

Yenixeber.org: DİN-dən verilən məlumata görə, xüsusi təyinatlı nəqliyyat vasitələrinin və helikopterlərin də cəlb olunduğu əməliyyatlar nəticəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin xüsusi aqrotexniki qaydada - kultivasiya yolu ilə yetişdirilməsinə dair faktlar müəyyən olunub. Həmin faktlar üzrə ümumi çəkisi 310 kiloqram olan 530 ədəd çətənə kolları, xalis çəkisi 16 kiloqram 670 qram olan qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işləri başlanılaraq zəruri əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.

Xüsusi əməliyyat və profilaktik tədbirlərin davamı olaraq həmin ərazilərdə yabanı halda bitmiş, ümumi çəkisi 8,5 ton olan 13 min 500 ədədə yaxın çətənə kolları da aşkar olunaraq məhv edilib.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı analoji tədbirlər davam etdirilir.(axar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam