Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Salyanda dispanserin həyətindən nəşə kolları tapıldı

 

    "Xeberinfo.com": Baş həkim məsələdən xəbərsiz olduğunu deyib, polissə məsələni araşdırmadan bağlayıb. Salyan rayonunda bu dəfə olduqca maraqlı bir olay baş verib. Azerbaycaninfo.com-a verilən məlumata görə, bir ay öncə Salyanda yerləşən Rayonlararası Rusi-Əsəb Xəstələri Dispanserinin həyətindən xeyli sayda narkotik tərkibli bitki kolları aşkarlanıb. Məlumatda deyilir ki, dispanserin həyətindən aşkarlanan marixuana kollarını polis tərəfindən məhv edilib. Lakin bu kolların kim tərəfindən əkildiyi, onların dispanserin həyətində necə peyda olunduğu araşdırılmayıb. Və Salyan Rayon Polis Şöbəsində bununla bağlı heç bir cinayət işinin açılmadığı da deyilir. 
     Azerbaycaninfo.com-a verilən məlumatda qeyd edilir ki, Salyan Rayonlararası Ruhi-Əsəb Dispanserinin baş həkimi Yaşar Kərimov polisdə ifadə verərək, marixuana kollarının xəstəxananın həyətinə düşdüyündən xəbərsiz olduğunu deməklə kifayətlənib. Məsələni dəqiqləşdirmək üçün baş həkimlə əlaqə saxlamağa çalışdıq. Lakin telefonlarımıza cavab verən olmadı. Bununla əlaqədar Salyan polisi ilə də əlaqə qurmağa çalışırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam