Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda qətl törətməkdə təqsirləndirilən şəxslərin hökmünə dair protest üzrə məhkəmə başlayıb

 

Bakı Apellyasiya Məhkəməsinə qəsdən adam öldürməkdə təqsirləndirilən Elnur Məmmədov və xuliqanlıqda təqsirləndirilən Elçin Həsənovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb

 

Yenixeber.org: Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası martın 30-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəi 2016-cı il dekabrın 23-də Bakı şəhərində baş verib. E.Məmmədovla E.Həsənov Elşad Əmirovu qətlə yetirib. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi, Səbail Rayon Mühafizə İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən hər iki şəxs tutulub.

Onlar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məhərrəmov 17 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə təqsirləndirilən E.Həsənovun əməli isə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə tövsif edilib və 4 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan prokurorluq apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi isə apellyasiya şikayəti verib. Onlar Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək təqsirləndirilən şəxslərin cəzasınının ağırlaşdırılmasını istəyirlər.

Məhkum E.Məmmədovun müdafiəçisi isə müvəkkilinə daha yüngül cəza verilməsini tələb edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam