Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Məhkəmə bəraət alan qadınla bağlı yeni hökm çıxarıb

 

Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Nuridə Kərimovanın barəsində çıxarılan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb

Yenixeber.org: Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, N.Kərimovanın ittiham olunduğu Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adam öldürmə) maddəsi 123-cü (zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddəsinə tövsif edilib.

Yeni hökmə əsasən, o, 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin N.Kərimova həmin müddəti istintaq təcridxanasında keçirdiyi üçün cəza çəkilmiş sayılıb.

Qeyd edək ki, Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan (kəsilmiş-deşilmiş xəsarətləri) meyiti 2016-cı il iyulun 23-də evində tapılıb. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən həyat yoldaşı, Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Nuridə Kərimova tutulub.

Məlum olub ki, V.Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyirmiş. 27 yaşlı qadın bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlirmiş və ailəyə yaxşı baxmırmış. İyulun 23-də növbəti dəfə evə içkili halda gələn V.Kərimov N.Kərimova ilə dalaşıb. Ərinin bıçaq götürüb onu öldürəcəyini görən qadın daha cəld tərpənərək özü bıçağı götürüb və zərbələr endirib.

N.Kərimovaya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə N.Kərimova barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan prokurorluq apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi isə prokurorun apellyasiya protestini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlayıb.

Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib, işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, cütlüyün 4 yaşlı qızı qalıb. Azyaşlı hadisə vaxtı ana babasının evində olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam