Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda oğurluqda təqsirləndirilən FHN zabitinə hökm oxunub

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqisrləndirilən mütəşəkkil dəstənin üzvləri - Orxan Quliyev, Təhməz Əsgərov, Nicat Əliyev, Rişan Bayramov, Cavid İsazadə və Camal Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

 

Yenixeber.org: Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə O.Quliyev 5 il, T.Əsgərov, N.Əliyev, R.Bayramov, C.Heydərovun hər biri 4 il və C.İsazadə isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş C.İsazadə məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, ittiham aktına əsasən, dəstə üzvləri 2016-cı ilin sonlarından etibarən Badamdar qəsəbəsində mənzillərə girərək külli miqdarda pul, qızıl-zinət əşyaları, məişət avadanlıqları aparıblar.

Dəstə üzvlərindən biri - N.Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı olub. O, daxili xidmət baş leytenantı rütbəsində xidmət edib.

Qarət olunan mənzillərin əksəriyyəti O.Quliyevin qonşuları olub. Təqsirləndirilən şəxslər 2016-cı ilin noyabr ayında dəstə üzvü O.Quliyevin qonşusu Vüqar Əliyevə məxsus mənzilin qıfılını sındırıblar, Bijuteriya və 20 manat xırda pullar oğurlayaraq zərərçəkmiş şəxsə 425 manat ziyan vurublar.

Eyni üsulla onlar qonşulaqda yaşayan Mehbalı Quliyevin də evindən oğurluq ediblər. Dəstə üzvləri həmçinin Badamdarda yaşayan Ayna Sadıqovanın evindən 21 min manatlıq, Azad Əliyevin mənzilindən isə 12 min manatdan çox qızıl-zinət əşyaları oğurlayıblar. Qəsəbə sakini Mərahim Əkbərovun mənzilinə soxulan şəxslər ona 18 min 520 manat ziyan vurublar.

Qızıl-zinət əşyaları “Moskva” unuvermağında satılıb, əldə olunan gəlir dəstə üzvlər arasında bölünüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam