Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“LİFTƏ KAMERA QOYUB, QADINLARA BAXIRDI, BİRİNİ DƏ ZORLAMIŞDI” –MƏHKƏMƏ

Yenixeber.org:   Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Məhkəmə prosesi zərərçəkmiş kimi tanınan Arif Həsənovun epizodu üzrə davam etdirilib. İclasda şahid qismində iş adamı Arif Həsənovun qalmaqallı şəriki Səhrab Allahverdiyev ifadə verib. Əvvəlcə Arif Həsənov şərikindən MTN-ə şikayət edib.

Arif Həsənov “Techmarine LTD” MMC-nin təsisçisi olub. MMC 1996-ci ildə təsis edilib və gəmi təmiri ilə məşğul olub. Sonradan Səhrab Allahverdiyevlə şərik olub və şirkətin 50%-ni ona satıb.

A.Həsənov ifadəsində deyib ki, sonradan şərikindən şübhələnib: “Şərikimin dəbdəbəli həyat yaşadığını görüb şübhələnməyə başladım. 2013-cü ildən başlayaraq şirkətin bağladığı müqavilələr üzrə sənədləri yoxladım. Müəyyən etdim ki, Səhrab razılığım olmadan şirkətin vəsaiti hesabına işlər görməklə 6 milyon 200 min dolları mənimsəyib”.

Həsənov bununla bağlı MTN polkovniki Fizuli Əliyevə şikayət edib. Amma bu şikayət ona baha başa gəlib. MTN elə onun özünü və oğlunu tora salıb. Fizuli Əliyev dedi ki, “Bütün günah səndədir, səni də, oğlunu da tutacağıq. Sabaha qədər 400 min pul gətir”.

Bundan sonra Həsənovun ofisində axtarış aparılıb: “Oğlumu, Səhrab Allahverdiyevi və məni MTN-ə apardılar. Gecə saat 11-də onları buraxdılar. Mən orada qaldım. Fizuli Əliyevin hərəkətlərindən və dediklərindən başa düşdüm ki, onlar Səhrab Allahverdiyevi müdafiə edirlər. 400 min istədilər. Şirkətin ofisini verdim. Bank hesabında olanları aldılar”.

Məhkəmədə dindirilən S.Allahverdiyev qeyd edib ki, o özü də MTN-dən zərər çəkib. O, ifadəsində şərikinin və onun oğlunun əməllərindən gileylənib.

0169a0b351b7fdbc8fb5887ceada04b3Akif Çovdarovun vəkili Kamandar Nəsibov musavat.com-a açıqlamasında deyib ki, Səhrab Allahverdiyev ifadəsində bildirib ki, təqsirləndirilən şəxslər ona təzyiq etməyiblər: “Mənimlə bağlı işlədiyim “Texmarin LTD” şirkətinin təsisçisi Arif Həsənov şikayət etmişdi. Guya mən İŞİD-in üzvüyəm. Özü və oğlu gəmilərdən yağı oğurlayıb yerinə su tökürdülər. Liftə kamera qoyub, qadınlara baxırdı. Hətta Arif Həsənovun oğlu qadınlardan birini zorlamışdı. Onun şikayətindən sonra mən nazirliyə çağırılmışdım. Lakin hər hansı təzyiq olmayıb”.

Səhrab Allahverdiyev uzun müddət Xəzər Gəmiçiliyində baş mühəndis vəzifəsində işləyib. İstintaqda məlum olub ki, ilk şikayəti Səhrab Allahverdiyev Arif Həsənovdan edib. Belə ki, S.Allahverdiyev Hərbi Prokurorluğa müraciət edərək Arif Həsənovu maliyyə fırıldaqları etməkdə günahlandırıb. S.Allahverdiyev də MTN-nin zərərçəkmişi olduğunu deyir. Onun sözlərinə görə, 2015-ci il yanvarın 16-da tanımadığı nömrədən zəng gəlib və özünü MTN əməkdaşı kimi təqdim edən Fizuli Əliyev onu nazirliyə çağırıb.

MTN-ə gələrkən Fizuli Əliyev ona deyib ki, Arif Həsənov ondan şikayətçidir. S.Allahverdiyev MTN-də olarkən ona qarşı irəli sürülən ittihamları rədd edib. O, həmçinin keçmiş şəriki Arif Həsənovla üzləşdirilib. Üzləşmə zamanı tərəflər bir-birini günahlandırıb. Səhrab Allahverdiyev isə MTN-də ondan 1 milyon manat tələb edildiyini söyləyib. Amma MTN-ə 500 min verib.

Bu epizodla bağlı diqqəti çəkən bir məqam da istintaqın şəriklərdən S.Allahverdiyevlə bağlı gəldiyi nəticədir. Belə ki, istintaq S.Allahverdiyevin MTN zabitləri ilə əlbir olmasını istisna etmir və onun əməllərinə də hüquqi qiymət veriləcəyi bildirilir.

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində hazırda həbsdə olan MTN generalı Sübahir Qurbanov, polkovnik leytenant Fizuli Əliyev və nazirliyin əməkdaşı olmuş Natiq Alıyev ifadə verib. Onlar zərərçəkmiş Arif Həsənovun dediklərinin həqiqətə uyğun olmadığını deyiblər. Bildiriblər ki, Arif Həsənovdan pul almayıblar.

Proses martın 13-də davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam