Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“İlqar Aşurbəyovla bağlı Eldar Mahmudova məruzə etdim, nazir onu cəzalandırdı” -ÇOVDAROV MƏSULİYYƏTİ NAZİRİN ÜSTÜNƏ ATDI

covdarovXeberinfo.com:   Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş qismində İlqar Aşurbəyov ifadə verib.

O, təqsirləndirilən A.Çovdarova 300 min manat pul verdiyini söyləyib. Zərərçəkmişin sözlərinə görə, A.Çovdarov ona ailəsi ilə hədə-qorxu gəlib: “Akif Çovdarov məndən soruşdu ki, ailən var? Mən də onun sözündən qorxduğum üçün Akif Çovdarova 300 min manat pul verdim. Çünkü məni ailəmlə hədələdi”.

Daha sonra İ.Aşurbəyov vəkillərin sualların cavablandırıb. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) cinayətkar yuva olduğunu vurğulayıb.

A.Çovdarov isə zərərçəkmişin dediklərini təkzib edərək bildirib ki, onun dedikləri yalandır: “İlqarın mənimlə şəxsi qərəzi var idi. Çünkü mən sabiq nazir Eldar Mahmudovun bir tapşırığı ilə bağlı öz işçimə tapşırıq vermişdim. Həmin işçim də tapşırıqla bağlı İlqardan bir məsələni soruşmuşdu. İlqar da mənim işçimə kobud cavab vermişdi. Mən də İlqarın dediklərini nazirə məruzə etdim. Buna görə nazir onu cəzalandırdı”.

Müdafiəçilər zərərçəkmişə “nə üçün hansısa quruma şikayət etməməsiz” sualını veriblər.

O, heç kimə şikayət etmədiyini və vəzifədən çıxandan sonra da heç kimlə təması olmadığını bildirib.

Daha sonra Dövlət Təhlükəsizlik Xidmətinin idarə rəisi Anar Abidov şahid qismində dindirilib. O, zərərçəkmiş Tofiq İbrahimovdan 62 min manat pul almadığını deyib.

Proses günün ikinci yarsında davam etdiriləcək. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam