Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

24 nəfərlik siyahı prezidentə təqdim olundu

ilham

İnsan hüquq məsələləri üzrə Birgə İşçi Qrup tərəfindən həbsdə olan şəxslərlə bağlı 24 nəfərlik siyahı hazırlanıb.

Xeberinfo.com:   Məlumata görə, bu barədə məlumat verən Dilarə Əliyeva adına Qadına Hüquqları Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, hazırlanmış siyahı Prezident yanında Əfv Komissiyasına təqdim edilib: “Siyahıda bir çox tanınmış şəxslərin adı var. Biz siyahını komissiyaya təqdim etmişik. Həmin siyahı prezidentə də təqdim ediləcək. Biz siyahıda adları olan şəxslərin əfv olunmalarını istəyirik”.
N. Cəfəroğlu qeyd edib ki, Əfv Komissiyaya təqdim olunan siyahıda Tofiq Yaqublu, İlqar Məmmədov, İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, Yadigar Sadıqlı və digər şəxslərin adı var.

* * *
Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun iclası başa çatıb. “Report”un xəbərinə görə, iclasda hazırda həbsdə olan şəxslərdən ibarət 22 nəfərlik siyahı hazırlanıb. Siyahı Azərbaycan Prezidentinə təqdim olunacaq. Prezidentdən həmin şəxslərin çəkilməmiş cəzalarının əvf edilməsi xahiş olunacaq.
Həmin şəxslər arasında hazırda həbsdə olan Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, jurnalist Pərviz Həşimli, REAL-ın rəhbəri İlqar Məmmədov, “Seçki” Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədovun və başqalarının adları var.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası işini yekunlaşdırıb. Komissiyaya daxil olan müraciətlərlə bağlı yekun siyahı Azərbaycan Prezidentinə təqdim olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam