Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Əfv fərmanı olacağ

 

 

9

Azərbaycanda Novruz bayramı ərəfəsində əfv olacaq. 

"xeberinfo.com": Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət həbsxanalarda dustaqların məhkəmə hökmlərinin toplamağa başlayıb. Əfv fərmanın hazırlıq bağlı məhkumların cinayət işi materialları, məhkəmə qətnamələri yığılır. 

Dustaqların məhkəmə hökmlərinin yığılması barədə xəbər verən şəxs deyir ki, Novruzda əfv olacağı gözlənilir. Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu da prezidentə əfvlə bağlı məktub göndərməyə hazırlaşır.

Müraciətdə siyasi və vicdan məhbuslarının azadlığa buraxılması xahiş olunur. Monitorinq Qrupunun siyahısında 10 siyasi məhbusun adı var, 15 məhbusun isə məhkəmə prosesi davam edir. Məlumatda deyilir ki, dustaqların məhkəmə hökmlərinin toplanması əfvlə bağlı işlərin başlanması deməkdir və çox güman ki, Əfv Komissiyasına təqdim olunacaq.

Bu məlumatı təsdiqləyən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, prezidentə göndərdikləri siyahını mətbuata təqdim edəcəklər: “İnşallah, martda əfv olacaq. Gözləntimiz var və prezidentə də məktub yazmışıq. Həmin siyahı mətbuatda dərc olunacaq. Təbii ki, arzumuz vicdan məhbuslarının, siyasi məhbusların azadlığa çıxmasıdır”.

Məhkəmə hökmü olan siyasi məhbuslardan “Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, siyasətçi Nemət Pənahlı, sabiq səhiyyə naziri Əli İnsanov, hüquqşünas Qurban Məmmədov, Müsavatın başqan müşaviri Yagidar Sadıqovun adlarını qeyd etmək olar. Həmçinin bloggerlər, inanclı məhbuslar, İslam Partiyasının sədri Mövsüm Səmədov, ilahiyyatçı Taleh Bağırov, Abgül Süleymanov siyasi məhbuslar sırasındadır.

Məhkəməsi davam edən Müsavat başqanının müavini Tofiq Yaqublu, REAL sədri İlqar Məmmədov, NİDA Vətəndaş Hərəkatı üzvləri var.

Hüquq müdafiəçilərinin fikrincə, barəsində məhkəmə hökmü olmayan məhbusların əfv edilməsi mümkündür. Bu, dövlət başçısının iradəsindən asılıdır.


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam