Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Məmur oğlu cinayət törətdi, cəzasız qaldı

 

Bir müddətdir ki, mediada adı müxtəlif qalmaqallarda hallandırılan Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərov bu dəfə də oğlu Vüqar Səfərovun törətdiyi cinayət olayı ilə gündəmə gəlib. 
"Xeberinfo.com":  Məlumata görə, bir müddət öncə Melorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərovun oğlu Vüqar Səfərov qəbul etdiyi spirtli içkilərin təsiri nəticəsində idarə etdiyi və atası tərəfindən xüsusi olaraq baha qiymətə xarici ölkədən gətirilmiş qara rəngli CİP-lə qəza törədib. 
Hadisə nəticəsində o, əvvəl VAZ 2107 markalı avtomobilə dəyməklə həmin maşını yararsız hala salıb, bu azmış kimi yol kənarında balıq satan gənc bir oğlanı da vurub. Bildirilir ki, Yevlax rayon Aran qəsəbə sakini Ləzgiyev Ceyhun Novruz oğlu elə hadisə yerindəcə dünyasını dəyişib. 
Məlumata görə, faktla bağlı cinayət işi açılsa da, nəticəsi olmayıb. Belə ki, məmur atasının işə müdaxiləsi nəticəsində Vüqar Səfərov cinayət məsuliyyətindən və azadlıqdan məhrumetmə cəzasından yayına bilib. İddia olunur ki, hadisə Bakı-Qaxaz magistral yolunda baş verdiyi üçün cinayət hadisəsini Baş Dövlət Yol Polisi İdarəsinin təhqiqat idarəsi araşdırıb, ancaq heç bir hüquqi nəticə əldə edilməyib.
Məlumatda qeyd olunur ki, İlyas Səfərov uzun ilərdir Yuxarı Qarabağ kanalı hesabına böyük sərvət toplayıb. Son 3 ildə Yuxarı Qarabağ İstismar İdarəsinə 2 milyondan çox vəsait ayrılması və mənimsənilməsi də iddialarda əksini tapıb. 
Maraqlıdır ki, indiyə qədər dövlətin ayırdığı vəsaiti mənimsəyən və korrupsiyaya bulaşmış Səfərovla bağlı hələ heç bir hüquqi addım atılmayıb. Bu da onu göstərir ki, İlyas Səfərovun arxasında hansısa güclü "əl” dayanıb. 
Araşdırmanı davam etdirəcəyik. Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 
Arqument.Az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam