Yuxarı Qarabağ kanalından Səfərov qardaşları hər ilə nə qədər təmiz qazanc əldə edirlər?
Bu qazancın yüz min manatlarla olması heç kimdə şübhə doğurmur. Amma dəqiq məbləği bilmək üçün mühasibə ehtiyas var
"Xeberinfo.com": Məlumata görə, Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin müdiri İlyas Səfərov və qardaşı, idarədə mühəndis olaraq çalışan Knyaz Səfərov hər il büdcədən ayrıln vəsaitləri müxtəlif işlərin görülməsi adı altında mənimsəyirlər.
Yuxarı Qarabağ istismar idarəsinin müdiri İlyas Səsəfovun maliyyə maxinasiyaları barədə bir neçə dəfə oxucularımıza məlumat vermişik. Həmin məlumatlarda qeyd etmişdik ki, İlyas Səfərov vəzifəsindən sui-istifadə edərək dövlət büdcəsindən Yuxarı Qarabağ istismar idarəsinə ayrılan yüz min manatlarla vəsaitləri mənimsəyərək özünə cah cəlallı var dövlət yaradıb. Təssüflər olsun ki, istər Melorasiya və Su Təsərrüftı ASC-nin rəhbərliyi, həmçinin korrupsiyaya qarşı mübarizə aparan qurumlar İlyas Səfərov kimi məmurların özbaşınalıqlarını və korrupsiya əməllərini görsələr də, hansısa səbəblərdən buna göz yumurlar.
Qeyd edək ki, ölkə prezidenti cənab İlham Əliyev hər dəfə çıxışnda açıq şəkildə bildirir ki, dövlətin mal mülkünə, vəsaitinə toxunmaq olmaz və bunu edən bütün məmurlar gec-tez cəzalanacaqlar.
AzMedia.info-nun elektron poçtuna Yuxarı Qarabağ İstismar İdarəsində işləyən bir qrup vətəndaşın müraciəti daxil olub. Adlarının mətbuatda açıqlanmasını istəməyən bu şəxslər bildirirlər ki, idarə müdiri İlyas Səfərovun özbaşınalıqlarından artıq təngə gəlmişik. Müraciətdə qeyd olunur, 7 rayonda şöbəsi olan və Yevlax rayonunda yerləşən yuxarı Qarabağ İstismar İdarəsində 300 yaxın işçi işləyir. Lakin İlyas Səfərov əlindəki maliyyə imkanlarından, bir çox məmurlarla əlaqələrinə güvənərək özbaşınalıq edir. Bildirilir ki, dövlət tərəfindən işçilərə verilən əmək haqqların bir hissəsi çox vaxt müdir tərəfindən kəsilir.
Həmçinin onlar üçün nəzərdə tutulmuş məzuniyyət ümumiyyətcə ləvğ olunub.Halbuki İlyas Səfərov özü və idarədə işləyən qohumları aylarla məzuniyyətə çıxaraq müxtəlif ölkələrə istirahətə gedirlər. İdarə işçiləri qeyd edirlər ki, Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən onlar üçün ayrılan yardımlar, əlavə maliyyə mükafatları yalnız İlyas Səfərovun qohumlarına verilir. Şikayətçilər bildirirlər ki, onlar illərdir bu idarədə canlarını qoymalarına baxmayaraq idarə müdiri onları açıq şəkildə istismar edir və onların hüququnu kobud şəkildə pozur.
Qeyd edək ki, digər mənbədən AzMedia.info-ya daxilolan məlumata görə Yuxarı Qarabağ İstismar İdarəsinin rayonlardakı hər şöbəsində 15-20 arası işçi işləyir. Əslində bu işləyənlərin bir hissəsinin adları siyahıda var.Yəni həmin şəxsləri İlyas Səfərov işə alsa da, bu adamlar tamam başqa işlərlə məşğul olurlar və onların əmək haqqını da idarə müdiri alır.
Mənbə bildirir ki, bir qayda olaraq Meliorasiya və Su təsərrüfatı A SC təərfindən idarəmizin balansında olan texnikaların və maşınlaırn təmiri, işlək hala salınması üçün verilən yüz min manatlarla vəsaitlərin böyük bir hissəsi İlyas Səfərov tərəfindən mənimsənilir. İdarə müdiri ay ərzində texnikalara ən azı 7-8 qəbz yazmaqla tonlarla yanacaq pulu silir. Halbuki Yuxarı Qarbağ kanalının hansı vəziyyətdə olması hər kəsə məlumdur.
Bu gün Qarabağ kanalı demək olar ki, yararsız vəziyyətdədir. Belə ki, kanalın bütün rayonlardan keçən hissələri qamış və digər bitkilərlə çəpərlənib. Buna baxmayaraq hər il dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsi kanalın təmzilənməsi adı altında silinir.
İdarə müdirinin əsas qazanc mənbəyi adı olub özü olmayan işçilərina adına yazılan əmək haqqı, ( mənbə bildirir ki. bu əməliyyatla İlyas Səfərov hər ay 5-7 min manat arası xeyir götürür), büdcədən inşaat matreallarının və torpaqqazan mexanizmlərinin ehtiyyat hissələrinin alınması üçün ayrılan vəsaitlər ( il ərzində hər iki iş üçün 550 min manat ayrılır) və Qarabağ kanalına sahibkarlar tərəfindən qanunsuz su borularının gizli şəkildə atılmasından, (6 rayonda təxminən 100 dən çox qanunsuz su borusu var ki, bir borunun atılması üçün idarə müdiri 5 min manatalıb. Bunu aşağıdakı fotolardan da görə bilərsiniz).
Qeyd edək ki, 2013-14-15- ci illər ərzində Yuxarı Qarabağ İstismar İdarəsinin təmiri və təchizatı üçün üst-üstə 1,7 milyona yaxın vəsait (1699633 - bir mlyon altı yüz doxsa doqquz min manat), ayrılıb. Həmin vəsaitlər inşaat matrealları, avtomaşınların və torpaqazan mexanizmlər üçün ehtiyyat hissələrinin alınması üçün ayrılıb. Maraqlıdır ki, ayrılan vəsaitləri hər il təxmini eyni məbləğdə olub. Misal üçün 2013-cü ildə 571 min (beş yüz yetmiş bir min manat) , 2014 cü ildə 562 ( beş yüz altmış iki min manat) 2015 ci ildə 566 (beş yüz altmış altı min manat) olub.
Məlumatlı mənbə bildirir ki, İlyas Səfərovun böyük korrupsiya əməllərində idarədə mühəndis olan qardaşı Knyaz Səfərov da yaxından iştirak edir. Ümumilkdə hər il büdcədən ayrılan yarım milyon manat vəsaitin xırd edilməsində Knyaz Səfərov qardaşına yaxından köməklik edir. Belə ki, Knyaz Səfərovun adına rəsmləşdirilən müəsisələrlə bağlanan müqavilərə və görülən işlər sadəcə sənədlərdə olur. Orta da olan vəsaitlər isə nəqdləşdirilərək mənimsənilir.
Qeyd edək ki, Səfərov qardaşlarının topdağıtmaz sərvətləri və mülkləri ilə bağlı saytımıza daxil olan məlumatları növbəti yazımızda oxucularımızın diqqətinə cəlb edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.