Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İcra başçısının müavininin oğlu atasının "torbasını tikdi"

 

Bu ilin martın sonunda Zərdab rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad olunan Allahverdi Səfərovun işdən çıxarılmasının əsl səbəbləri bəlli olub.

"Xeberinfo.com":  Avropa.info-nun əldə etdiyi məlumata görə, A.Səfərovun içkiyə meylli oğlu  Ceyhun Səfərov Zərdab rayon Polis Şöbəsinin yüksəkrütbəli zabitlərindən birinin üzərinə maşın sürüb.

Polis zabiti içkili vəziyyətdə avtomobili idarə edən C.Səfərovun əlindən çətinliklə xilas ola bilib. Bundan sonra rayon polis şöbəsinin rəisi Allahverdi Səfərova zəng edərək, oğlunun hərəkətləri haqqında ona xəbər verib.

Əvvələr narkoman olan, sonradan isə narkotikanı tərgidərək, içkiyə hədsiz meylli olan oğlunun əlindən bezən A.Səfərov baş vermiş hadisənin nəticəsini fikirləşməyərək, polis rəisinə, "ona 5 sutka verin, ağlı başına gəlsin", deyib.

Əsl qalmaqal da bundan sonra yaşanıb.  Ceyhun Səfərov inzibati qaydada cəza vermək üçün Zərdab rayon Məhkəməsinə aparılıb. Məhkəmənin qərarı ilə C.Səfərova 5 sutka inzibati qaydada həbs cəzası verildikdən bir qədər sonra informasiya mediayaya sızıb. Bundan sonra isə martın 31-də A.Səfərovun işdən azad olunması gündəmə gəlib və o, tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Allahverdi Səfərov uzun müddət Zərdab rayonunda rəhbər vəzifələrdə çalışıb. Vəzifədə olduğu dövrdə Zərdab əhalisi tərəfindən yaxşı xarakteristika olunmayıb. Xüsusilə də rayonda yaşayan sahibkarlar və dindar təbəqə onun fəaliyyətindən narazılıq edirlər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam