Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İcra başçısının oğlu həbs edildi

 

Zərdabın icra başçısının oğlu avtoxuliqanlığa görə həbs edilib.

 

"Xeberinfo.com":   TİA.AZ-a verilən özəl məlumata görə, Lütfəli Babayevin övladı Mingəçevirdə dövlət yol polis əməkdaşları tərəfindən saxlanıb. Ona 15 sutka inzibati cəza verildiyi iddia edilir. 


Mingəçevir yol polis şöbəsinin rəisi Ələsgər Bədəlovla köhnə ədavəti olan icra başçısı oğlunu yalnız bir həftə sonra azadlığa çıxarmağa nail olub.
Mənbə bildirir ki, L.Babayev külli-miqdarda pul sərf etmək hesabına oğlunu həbsdən çıxarıb. 

Yada salaq ki, başçının qardaşı oğlu - Babayev Yadigar Şahvəli oğlu da idarə etdiyi 99-BH-045 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə saxlanmışdı. Yüksək tonla danışan, polisə qarşı müqavimət göstərən Yadigar Babayev Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib. Faktla bağlı inzibati protokol tərtib olunmuşdu. Yadigar Babayev gecəni polis şöbəsində saxlanılmışdı. 

Ondan əlavə, Zərdab rayon icra başçısının birinci müavini Allahverdi Səfərovun vəzifəsindən azad olunması da avtoculiqanlığa görə olmuşdu.  

Ceyhun Səfərov bu ilin martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs edilmişdi.

Xatırladaq ki, prezident İlham Əliyev bir neçə dəfə dövlət məmurlarına övladları ilə bağlı xəbərdarlıq edib. Prezident yüksək vəzifə tutan məmurların övladlarının harın hərəkətlərinin yolverilməz olduğunu, qudurğanlıq etdiklərini və belə hal baş verərsə həmin şəxslərin işdən qovulacağını bildirmişdir. Hətta bir neçə məmur belə hallara görə cəzalandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam