Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Şirkət rəhbəri layihəyə ayrılmış pulla Bakıda özünə villa tikdirib- (İDDİA)

 

Şirkət rəhbəri layihəyə ayrılmış pulla Bakıda özünə villa tikdirib (İDDİA)
"Fair Group" tikinti şirkəti "Xəzər Waterfront" layihəsindən kənarlaşdırılıb.

 
 Yenixeber.org: Məlumata görə, buna səbəb ayrılan pulun şirkət rəhbərliyi tərəfindən mənimsənilməsi və verilən işin vaxtında başa çatdırılmaması olub. Mənbəmizin sözlərinə görə, şirkətin rəhbəri Həsən Quliyev layihə üçün ayrılan yarım milyon manatın 300 mini ilə özünə Bakı ətrafında villa tikdirib və lüks avtomobil alıb. Qalan pulla isə işçilər toplanılsa da, şirkət işi yarımçıq icra edib.

 
Qeyd edək ki, "Fair Group" layihədən uzaqlaşdırıldığı üçün 40-dan çox fəhlə də işini itirib. 2 aydır maaşlarını ala bilməyən fəhlələr işdən çıxarıldıqdan sonra əmək haqqılarının bir hissəsini alsalar da, 1 ayın pulu (ümumilikdə təxminən 30 min manat) hələ də verilməyib. Fəhlələrdən birinin sözlərinə görə, "Fair Group"un müdir köməkçisi Faiq Vəliyev yalançı vədlərlə onları aldadır və maaşın bu gün, sabah köçürüləcəyini deyərək, fəhlələri get-gələ salır.
 
Fəhlələr məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə də şikayət ediblər. Şirkət isə ittihamları rədd edir. 
 
Maraqlıdır ki, paytaxtın ən böyük layihələrindən biri olan "Xəzər Waterfront"da işləri yarımçıq qoyan "Fair Group" şirkəti "Ağ şəhər"də də bir layihəni icra edir.(miq.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam