Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Tanınmış müğənni xəstəxanaya yerləşdirildi

Qrip infeksiyası olduğu üçün həkimlərim evə buraxmayıb.

 

Yenixeber.org: Türk xalq musiqisinin məşhur simalarından olan 78 yaşlı Bedia Akartürk bu səhər qrip virusu adı ilə Özel Medicana Bursa xəstəxanasına yerləşdirilib.

2 gün əvvəl halı pisləşən və bu səhər öskürək, soyuqlama səbəbindən xəstəxanaya aparılan Akartürkə qrip virisu diaqnozu qoyulub. Dərman və sistem müalicəsinə başlayan həkimlər Bedia Akartürkü qarantin məqsədi ilə Kulak Burun Boğaz klinikasının servisinə yatırıb.

Önəmli bir şey olmadığını bildirən Akartürk belə deyib: “Sadəcə qripdir. Çox şükür. Allah pis xəstəlikdən qorusun. Ancaq qrip infeksiyası olduğu üçün həkimlərim evə buraxmayıb. Sağ olsunlar, çox yaxşı maraqlanırlar. Hazırda müalicəm davam edir. Həkimlər sabah son vəziyyətə baxacaq və müalicəmə davam edəcək. Sevənlərim qorxub, amma qorxacaq bir şey yoxdur. Allah sağlıq versin. Mən hər zaman hələ xalqımla, dinləyicilərimlə birlikdəyəm”.

Bedia Akartürk sənətçi dostlarının da onu yalnız buraxmadığını bildirərək hər dəqiqə telefonla danışdıqlarını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam