Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Azərbaycanda təhlükəli qriplə bağlı Səhiyyə NazirliyindənAÇIQLAMA

  • Azərbaycanda təhlükəli qriplə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA

Hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir.

Yenixeber.org: Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava-damcı infeksiyaları bölməsinin həkim-epidemioloqu Nəzmiyyə Brumendfard deyib.

Onun sözlərinə görə, bu il ağır kəskin respirator virus infeksiyalarına yoluxanların sayında artım müşahidə edilməyib və infeksiyalara yoluxanların builki sayı ötənilki səviyyədədir.

N.Brumendfard əlavə edib ki, ötən il Azərbaycanda ağır kəskin respirator virus infeksiyalarına yoluxan insanların 78-də qrip aşkarlanmışdı: “Onlarda da adi qrip - “B” qripi olub. Bu qrip pandemik qrip virusu hesab olunmur. Azərbaycanda qrip virusu dövr edirsə, bu, diqqətdən yayına bilməz. Hələ ki, ölkə ərazisində kəskin respirator virus infeksiyaları və qriplə bağlı narahatlıq yoxdur, vəziyyət stabildir”.

Mərkəz rəsmisi qeyd edib ki, son illər ərzində Azərbaycanda daha təhlükəli olan “A” tipli qripə yoluxma halı aşkarlanmayıb:

“Azərbaycanda hələ ki, təhlükəli qrip növü aşkarlanmayıb. Bu il mövsüm yeni başladığından hələlik kəskin respirator virus infeksiyalarına yoluxma halı da qeydə alınmayıb”.

N.Brumendfard payız-qış mövsümündə bəzi xəstələrin qoruyucu steril maskalardan istifadə etməməsinin də kəskin respirator virus infeksiyalarının yayılmasında mühüm rol oynadığını söyləyib:

“Bizdə əhali xəstələndikdə qoruyucu maska taxmır, maska taxmağa utanırlar. Əgər xəstə insan maska taxmırsa, onda sağlam insan maska taxaraq özünü infeksiyadan qorumalıdır. Maskalar 4 saatdan bir yenisi ilə dəyişməlidir. Əks halda, xəstə insan özünün tənəffüs yollarından gələn infeksiya ilə yenidən infeksiyaya yoluxa bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam