Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Suriya böhranının həlli yolu: Əsəd şərtləri açıqladı

“Suriya böhranının həlli üçün danışıqlar kimlə gəldi yox, yalnız real təsir gücünə malik olan, quruda terrorçularla mübarizə apara biləcək siyasi qüvvələrlə aparılmalıdır”.

Xeberinfo.com:   Məlumata görə, bunu Suriya prezidenti Bəşər Əsəd “Komsomolskaya pravda” nəşrinə müsahibəsində deyib. 


“Məsələ kimlə gəldi danışıqların aparılmasında deyil, dialoq real təsir gücünə malik olan, vəziyyəti dəyişə biləcək qüvvələrlə qurulmalıdır. Təsəvvür edək ki, biz Suriyada və ölkə hüdudlarından kənarda olan, vətənpərvər və ya qeyri müxalif qüvvələri toplamışıq. Fərz edək ki, biz onlarla hər şey barədə razılığa gəlmişik. Və “Bu Suriya üçün gözəl gələcəkdir”, - deyə bəyanat vermişik. Məsələ ondadır ki, onlardan kim terrorçuların hərəkətlərinə təsir edəcək?”, - deyə Əsəd bildirib.

Suriya prezidenti qeyd edib: “Biz bilirik ki, bu terrorçuların əksəriyyəti “Əl Qaidə”, İŞİD, “Ən Nüsrə”, “Əhrar əş-Şam” kimi qeyri-siyasi təşkilatlarla əlaqəli olan qruplaşmaların üzvüdür. Onları vəhhabi ideologiyasından başqa heç bir ideologiya maraqlandırmır. Bu, o deməkdir ki, siyasi müxalifətlə hər hansı danışıqlar vəziyyəti dəyişməyəcək. Bu, problemin əsas tərəfidir”.

Bəşər Əsədin sözlərinə görə, Suriya hökumətinin vəziyyətə təsir edə biləcək üsulları var: “Biz terrorçularla mübarizə aparırıq. Bəs müxalifət nə edə bilər? Məsələ bundadır. Və mənim bu suala cavabım yoxdur. Onlar nəyə qadir olduqlarını və nə edə biləcəklərini özləri deməlidir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam