Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Rusiya Ukrayna xalqı ilə müharibə etməyəcək”

 

 

Rusiya Yanukoviçi hələ də legitim prezident hesab edir...

 

     Bunu açıqlamasında  Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin keçmiş prezidenti, Rusiya Federasiyası prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov Rusiyanın Krıma qoşun yeritməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Viktor Yanukoviçin ukraynalı müxalifət liderləri ilə razılaşmasına baxmayaraq, hakimiyyət müxalif qüvvələr tərəfindən silah gücünə alınıb: “Viktor Yanukoviç Rusiya üçün legitim prezident olaraq qalır. Beynəlxalq hüquqa əsaslanaraq Rusiyanın ona yardım üçün  müraciət edən Ukrayna prezidentinə kömək etmək hüququna malikdir. Bu haqda Rusiyanın dövlət başçısı Vladimir Putin ötən günki mətbuat konfransında Rusiyanın Ukrayna xalqı ilə müharibə aparmayacağı haqqında dəqiq bəyan etdi. Eyni zamanda  Putin Rusiyanın  Krıma öz qoşunlarını yalnız əhalini qorumaq məqsədi ilə daxil olduğunu da bəyan edib. Bu gün Rusiyanın Ukraynaya qarşı mövqeyi birmənalı olaraq məlumdur: 
1. Ukrayna müstəqil suveren dövlətdir.
2. Ukrayna xalqı azad sürətdə yeni prezident seçməlidir.
3. Ukraynada hər bir vətəndaş bərabərhüquqlu qaydada, öz dövlətinin taleyini həll etmək iqtidarında olmalıdır.
4.Əgər Ukraynada “indiki” hakimiyyət silah gücü ilə prezident seçkiləri keçirərsə, Rusiya bu seçkiləri tanımayacaq.
5.İqtisadi və hümanitar əlaqələr yalnız düzgün seçkilərdən sonra realizə olunacaq”.
       Daha sonra Söyün Sadıqov Avropa ölkələrinin, Kanada və ABŞ-ın Rusiyanı təhdid etmələrinə də münasibət bildirib:  “Birinicisi, bir  ölkəyə qarşı hər hansı bir sanksiya tətbiq edərkən, həmin sanksiyaların öz arxasınca böyük ziyan gətirə biləcəyini unutmaq lazım deyil. İkincisi isə tarix boyu heç vaxt hər hansı bir sanksiyanın qəbul edilməsi kəskin məsələlərin həll edilməsində həll yolu olmayıb. Ukraynadakı hadisələrin gedişatı isə hazırda olduqca kəskindir. Ona görə də nəhəng dövlətlər bu kimi sanksiyaların əvəzinə mövcud xaos və hümanitar fəlakətin aradan qaldırılmasını təmin etmək üçün səy göstərməlidirlər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam