Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qırmızı soğanın faydaları

 Xanımların mətbəxdə ən çox istifadə etdiyi məhsullardan olan qırmızı soğanın faydaları saymaqla bitmir

Yenixeber.org: Bu qida gündəlik istifadə üçün olduqca ucuz və əlverişlidir. İlk növbədə qırmızı soğan ürəyi gücləndirir, tərkibindəki esterlər qanın laxtalanmasının qarşısını alır. Qan təzyiqini aşağı salan bu qida "şəkər" xəstəliyinin də dərmanıdır.
Məlumdur ki, soğan mikroblara və viruslara qarşı istifadə edilən mükəmməl vasitədir. Kəsik və yanıq yaralarına mikrob düşməməsi üçün həmin hissələrə qırmızı soğan suyu vurmaq lazımdır.
Həmçinin, öd kisəsinin ifrazını artıran qırmızı soğan daşın yaranmasının qarşısını alır.
Qadınlar tez-tez əl və ayaq dırnaqlarının qırılmasından şikayətlənir, bunun üçün müxtəlif vitaminlər qəbul edirlər. Lakin dırnaqları qırmızı soğan suyu ilə yumaqla bu problemdən həmişəlik can qurtarmaq mümkündür.
Yəqin ki, bir çoxunuz böyüklərdən şişən bölgəyə soğan qoyulması barədə məsləhətlər eşitmisiniz. Şişmələr üçün ən yaxşı vasitə yeməkdən əvvəl bir qaşıq soğan suyudur.
Burunda qanaxma olduqda da soğanı ikiyə bölün və burnunuza bağlayın. Bununla da, qan dayanacaq.
Qırmızı soğan həm də iltihabı təmizləyən əvəzedilməz məhsuldur. Bədənin müxtəlif yerlərində çıxan iltihablı çibanlara qarşı soğanın qabıqlarını qaynadıb həmin hissələrə qoymaq lazımdır. Həmçinin, tez-tez qabarlarla mübarizə aparmalı olursunuzsa, qırmızı soğan sizi xilas edəcək.
Mədəsindən şikayətlənənlər, qarın ağrısı və mədə qanaması keçirənlər incə doğranmış soğanı südün içində qaynadaraq içməlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam