Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

BİR SİYAHI KREMLİN RAHATLIĞINI NİYƏ POZUB?–Rusiya ən pis ssenariyə hazırlaşır - TƏHLİL

“Apostrof”, Ukrayna

 

Yenixeber.org: ABŞ-da “Kreml siyahısı” adlandırılan, Rusiyanın ən nüfuzlu və varlı adamlarının çoxunun daxil edildiyi hesabatı nəşr etdilər. Bu siyahı Konqresin tələbilə ABŞ Maliyyə nazirliyinin hazırlamalı olduğu Moskvaya qarşı mümkün sanksiyalar haqqında analitik hesabatlar seriyasının yalnız bir hissəsidir. 

Amerika özəl kəşfiyyat-analiz kompaniyası “Stratfor”un “Apostrof”un sərəncamında olan materialında bu səs-küylü sənədin nəşr edilməsindən sonra Kremli nə gözlədiyindən bəhs edilir.

***

İlk baxışda hesabat "Forbes”in Rusiya milyarderləri haqda siyahısına bir sıra yüksək vəzifəli şəxs əlavə edilməklə sözbəsöz təkrar çapını xatırladır. Hətta ABŞ Maliyyə nazirliyində etiraf ediblər ki, adlar “Forbes”in siyahısından götürülüb.

Rusiya prezidenti zarafatla öz adının siyahıya salınmamasından incidiyini qeyd edərək, bu siyahının çap olunmasını “qeyri-dostluq aktı” adlandırıb. Bundan əlavə, o bəyan edib ki, Moskva hələlik cavab verməyəcək, bu da vəziyyəti kəskinləşdirməmək istəyini nümayiş etdirir.

Adı siyahıda olan RF prezidentinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, Kreml sənədi diqqətlə öyrənəcək.

Siyahının məxfi olmayan hissəsində, nəşr edildiyi halda, Kremli qorxudacaq informasiya yoxdur. Burada söhbət rus oliqarxlarının təmiz gəlirlərindən, xaricdəki aktivlərindən və işgüzar əlaqələrindən gedir.

Kreml elitaları bir neçə ay ərzində vəsaitlərin köçürülməsi, onları qoruyacaq qanunların qəbulu və Vaşinqtonda lobbiçiliklə öz maraqlarını qorumaq yolu ilə sanksiyalara hazırlaşdılar. Rusiya hakimiyyəti o nöqtəyə gəldi ki, sanksiyalara qarşı ABŞ-ın onları genişləndirəcəyini gözləyərək, əks-təsir tədbirləri hazırladılar.

Hələ siyahı nəşr edilməmiş, Ağ ev gizli brifinqdə Konqresi məlumatlandırmışdı ki, o, sanksiyaları genişləndirməyəcək. Dövlət Departamentinin nümayəndəsi Hizer Nauertin sözlərinə görə, Ağ ev qərara gəlib ki, ötən yayda görülən tədbirlər kifayətdir.

Dövlət Departamentində deyiblər ki, əgər yeni sanksiyalar qəbul ediləcəksə, onlar RF müdafiə sektoru ilə iri məbləğli sövdələşmələr bağlayan qeyri-rus subyektlərinə qarşı yönələcək.

Görünür, Kreml belə təmkinli yanaşmadan, eyni zamanda ABŞ hakimiyyətinin hərəkətlərindəki uyğunsuzluqlardan özünü itirib, indi də gözləyir ki, Konqres hansı addımları atacaq.

Qeyd edək ki, Maliyyə Nazirliyinin hesabatları ehtimal olunan yeni sanksiyaların təsvir edilməsini nəzərdə tutmalı, lakin heç vaxt onları avtomatik olaraq tətbiq etməməli idi. Detalları bəyan edilməsə də, ABŞ Maliyyə nazirliyi (Ağ evin bəyanatına baxmayaraq) bildirib ki, gələcəkdə sanksiyaların tətbiqi üçün siyahıdan istifadə edə bilər.

Bununla belə, bu hesabatlardan necə istifadə etmək məsələsində Ağ evlə Konqres arasında mövcud olan fikir ayrılığı, ABŞ-ın Rusiyaya yönəlik aydın siyasət qurmasını mürəkkəbləşdirir, həmçinin Moskvanın cavab hazırlamasını çətinləşdirir.

Lakin hesabatda təqdim edilən variantlar mövcud olan yeganə variantlar deyil. ABŞ Ukrayna münaqişəsinə görə sanksiyaları artıq gücləndirib və silahlar haqqında müqavilənin və ya insan haqlarının pozulmasına görə də Rusiyaya yenə sanksiya tətbiq edə bilər.

Bundan başqa, bu siyahının hələ də gizli saxlanılan digər hissəsi mətbuata sızarsa, Putinə və Kremlə təzyiq edə bilər. Kremlin rahatlığı pozulub – bu barədə inamla danışmaq olar və ABŞ bundan sonra necə hərəkət edəcəyinə qərar verməyə cəhd edərkən, Rusiya ən pisinə hazırlaşmağa davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam