Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycanda uşaq olmaq

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Ötən əsrin 50-ci illərindən dünyada bu gün bayram kimi qeyd olunur

Yenixeber.org: Ölkəmizdə də uzun illərdir bu gün qeyd edilir.
2017-ci ilin rəqəmlərinə görə ölkəmizdə uşaqların sayı 2 milyon 600 mindən çoxdur. Onların 1 milyon 393 mindən çoxu oğlan, 1 milyon 213 mindən çoxu isə qızdır.
Ötən il doğulanlar neçə il yaşayacaq?
Ötən ilin rəqəmlərinə görə 1750 uşaq məktəbəqədər müəssisələrdə təhsil alır. 2016-2017-ci tədris ilində əyani ümumi təhsil müəssisələrində oxuyanların sayı 1 milyon 462 min nəfər olub. Bu gün ölkəmizdə bağça yaşlı uşaqların yalnız 20-25 faizi məktəbəqədər təhsil müəssisələrinə gedə bilir. Bu müəssisələrdə çarpayı sayı bağça yaşlı uşaqların sayına adekvat deyil.
Uşaqların ömür uzunluğu ilə bağlı açıqlanan rəqəmlərdə ildən-ilə artım müşahidə edilir. 2016-cı ildə doğulan uşaqlar üçün gözlənilən ömür uzunluğu 72.8 ildir.
Erkən nikah
Təəssüflə qeyd etməliyik ki, ildən-ilə nikahdan kənar doğulan uşaqların sayında artım müşahidə edilir. 1990-cı ildə bu say 5 minə çatmırdısa, son illər bu sayda sürətli artım qeydə alınır və 2016-cı ildə bu uşaqların sayı 26 288 nəfər olub. Bu da təxminən ölkədə doğulan uşaqların 16.5 faizi deməkdir. Nikahdan kənar doğum halları kənd yerlərində şəhər yerlərindən daha çoxdur. 2016-cı ildə şəhərlərdə bu rəqəm 9592, kəndlərdə isə 16 696 nəfər olub.
Qanunsuz nikahdan doğulan uşaqların sayının çox olmasının bir səbəbi də erkən nikahlardır. 2016-cı ildə 2809 qadın yaşı 18-ə çatmamış övlad dünyaya gətirib. Son 20 il ərzində bu rəqəmin ən pik həddi 2010-2011-ci illərdə olub. Həmin illərdə say 4 mini keçib.
Nikahları rəsmi qeydə alınmış 18 yaşadək bəy və gəlinlərin sayında isə ildən-ilə azalma müşahidə edilir. Məsələn, 2016-cı ildə 66771 nikah bağlanıb, yaşı 18-dək olan 3 oğlan və 312 qız nikaha girib. Bunun da səbəbi ölkədə ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaş müəyyən edilməsidir. Əvvvəlki illərin statistik rəqəmlərinə görə isə 18 yaşadək nikaha girənlər arasında qızlarla oğlanlar arasında say məsələsində çox ciddi fərq olub. Bəzi illərdə bu yaşa qədər 5 mindən çox qız nikaha giribsə, həmin ildə oğlanların sayı 35 olub. Bu bir da qızların erkən nikaha daxil olması problemindən xəbər verir.
Çoxuşaqlı ailələr
2009-cu il əhalinin siyahıyaalınmasına olan məlumata görə ölkədə bir uşaqlı ailələrin sayı 396 min, iki uşaqlı ailələrin sayı 529 900, üç uşaqlı ailələrin sayı 261 900, 4 və daha çox uşaqlı ailıələrin sayı 126 700 olub.
1995-ci ildə Azərbaycanda doğum ardıcıllığına görə 9817 uşaq ailədə 4-cü, 5294 uşaq 5-ci və çox uşaq kimi dünyaya gəlib. Lakin sonrakı illərdə bu göstəricilər azalmağa başlayıb. Nəticədə 2010-cu ildə doğum ardıcıllığına görə ölkədə 4-cü uşaq kimi dünyaya gələnlərin sayı azalaraq hətta 3018-ə, 5-ci və çox uşaq kimi dünyaya gələnlərin sayı isə 702-yə enib. Lakin 2011-ci ildə ölkədə 5 və daha çox uşaqlı ailələrin sayında artım olmasa da, həmin ildən 4 uşaqlı ailələrin sayı artmağa başlayıb. 2012-ci ildən isə doğum ardıcıllığı üzrə 5-ci və çox uşaq kimi dünyaya gələnlərin sayında da artımlar müşahidə edilir.
2016-cı ildə uşaq evlərinə daxil olanların sayı 140, uşaq evlərində tərbiyə olunan uşaqların sayı isə 729 olub. Onların 462-si oğlan, 267-si isə qızdır. Bu uşaqlarIn 35,1 faizini 7-10 yaşlı uşaqlar təşkil edib. Səhiyyə və Əmək və Əhalinin Sosial müdafiəısi nazirliklərinin məlumatına əsasən İnternat müəssisələrində təlim tərbiyə alan yetim və valideyn himayəsindən məhrum olan uşaqların say 2017-ci ildə 639 nəfər olub.
Uşaqların valideyn himayəsi və ya kənarda qalmasından asılı olmayaraq onların təhsil və səhiyyə xidmətləri dövlətin prioritet sahələrindədir. 2017-cı ildə uşaqların 90faizdən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilmiş uşaqların 5.1 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub.
Respublikada son 3 ildə diridoğulmanın beynəlxalq meyarları tətbiq olunur. Bu günə qədər 1000 qramdan az çəki ilə doğulmuş 332 körpədən 111-ni xilas etmək mümkün olub.
Son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb. Hazırda 3100 xəstə bu mərkəzdə daimi müalicə alır, onlardan 2977 nəfər talassemiya xəstəsidir. Yeni doğulan uşaqlarda talassemiyanınxəstəliyinin aşkarlanmas faizi aşağı düşüb. Bunun da əsas səbəbi ölkədə nikahdan əvvəl icbari müayinələrin aparılmasıdır.
Bayramınız mübarək!!! (publika.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam