Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Nazir əmr verdi

 

Təhsil naziri Mikayıl Cabbarov İlk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında Respublika ifa müsabiqəsinin keçirilməsi barədə əmr verib

"Xeberinfo.com":  Məlumata görə, Təhsil Nazirliyindən bildiriblər ki, əmr Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnıları və təsniflərin, milli rəqslərimizin şagird və tələbələr arasında təbliğ olunması, eyni zamanda bu istiqamətdə aparılan işlərin səmərəliliyinin artırılması, şagird və tələbələrin asudə vaxtlarının mənalı təşkili, xüsusi istedada malik gənclərin üzə çıxarılması, onlarda ifa mədəniyyətinin yüksəldilməsi məqsədi daşıyır. 
Əmrdə qeyd olunub ki, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında Respublika ifa müsabiqəsi keçirilsin, müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun. 
Naxçıvan MR təhsil naziri, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görsünlər, əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirlilməsini təmin etsin.
Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin, İqtisadiyyat şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.
Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunub.(azvision.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam